50-yə yaxın sığorta agentinin lisenziyası ləğv edilib

Bəzi sığorta agentlərinin fəaliyyətinə verilmiş lisenziyaların qüvvəsi 3 ay müddətinə dayandırılıb və iki fiziki şəxsə verilmiş lisenziya ləğv edilib.
Anews.az Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu barədə Direktorlar Şurasının 9 iyun 2017-ci il tarixli iclasında qərar verilib.
Direktorlar Şurasının iclasında Sığorta bazarına nəzarət departamentinin 46 nəfər fiziki şəxsin sığorta agenti fəaliyyətinə verilmiş lisenziyanın 3 ay müddətinə dayandırılması müraciətinə baxılaraq müsbət qərar qəbul edilib.
Lisenziyaların dayandırılmasına səbəb sığorta agentlərinin "Sığorta fəaliyyəti haqqında” qanunun 93.2-3-cü maddəsinin tələblərinə riayət etməyərək MBNP-yə rüblük hesabatları təqdim etməmələri olub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Son xəbərlər 
Daha çox 






















