Braziliyanın prezidenti G-20 sammitində iştirakını ləğv edib

Braziliyanın prezidenti Mişel Temer G-20 ("böyük iyirmilik”) ölkələri liderlərinin sammitində iştirakını ləğv edib.
APA-nın xəbərinə görə, bu barədə M. Temerin administrasiyasının məlumatında bildirilir.
Qərarın səbəbləri açıqlanmır. G-20 ölkələri liderlərinin növbəti sammiti iyulun 7-8-də Almaniyanın Hamburq şəhərində keçiriləcək.
İyunun 27-də Braziliyanın baş prokuroru Rodriqu Jano prezident Mişel Temerə qarşı rəsmi korrupsiya ittihamı irəli sürüb. Baş prokuror müvafiq sənədi Braziliya Konqresinin aşağı palatasına təqdim edib. Qanunvericiliyə əsasən, Mişel Temerə qarşı cinayət işinin açılması üçün konqres üzvlərinin ikidə üçü təqdim edilən sənədi dəstəkləməlidir.
Qeyd edək ki, may ayından etibarən Braziliyada etirazçılar prezidentin istefasını tələb edir. Etirazlara səbəb Braziliyanın Ali məhkəməsinə göndərilən səs yazısı olub. Səs yazısında prezident Temer parlamentin aşağı palatasının sabiq spikeri Eduardo Kunyaya rüşvət verməyi təklif edib. Eduardo Kunya vaxtilə sabiq prezident Dilma Russeffin impiçmentinin təşəbbüskarı olub.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 13:41
Fariz Əliyev: Azərbaycan Orta Dəhlizi yüksək əlavə dəyər yaradan iqtisadi dəhlizə çevirməyi hədəfləyir

İqtisadiyyat 13:00
Kamal Abbasov: Azərbaycan İtaliya ilə yaşıl enerji layihələrini genişləndirmək niyyətindədir

İqtisadiyyat 11:56
Mikayıl Cabbarov: Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi 9 milyard dolları ötüb

İqtisadiyyat 11:49
Antonio Tajani: İtaliyanın Azərbaycana ixracı yüksək keyfiyyətli məhsullarla genişləndirilə bilər
Son xəbərlər 
Daha çox 