• $
  • €
  • ₽
  • ₺
  • £

Qlobal borc rekord həddə çatıb

Qlobal borc rekord həddə çatıb
29.06.2017 19:00
Dünya üzrə borcun məbləği illik müqayisədə 600 mlrd. dollar artaraq bu il aprelin 1-nə 217 trln. dollar təşkil edib. 

Anews.az xəbər verir ki, bu barədə Report Rusiya mətbuatına istinadən yazıb.

Bildirilir ki, Beynəlxalq Maliyyə İnstitutunun (Institute of International Finance, IIF) məlumatına əsasən, yeni rekord dünya üzrə ümumi daxili məhsulun (ÜDM) 327%-nə bərabərdir. Borca dövlət, bank, şirkət və ev təsərrüfatı borcları daxildir.

"Qlobal borc yükü qeyri-bərabər paylanıb, bəzi ölkələrdə və sahələrdə azalıb, digərlərində isə əksinə, artıb. Borcun bu son artımı uzunmüddətli artım üçün maneə, həmçinin maliyyə sabitliyi üçün risklər yarada bilər”, - deyə İİF xəbərdalıq edib.

İl ərzində borcun ən yüksək artımı ABŞ və Çində qeydə alınıb. Hər iki ölkədə borc 2 trln. dollar artıb. Çində borc 32,7 trln. dollara, ABŞ-da isə 63 trln. dollara çatıb. Buna baxmayaraq, ABŞ iqtisadiyyatının artımı borc artımını üstələyib ki, nəticədə borcun ÜDM-ə nisbəti 2,5 faiz bəndi azalıb. Çində də borcun artım tempi ÜDM-in artımından geri qalıb.

Borcun ÜDM-ə nisbəti Çin, Çili, Kolumbiya və Türkiyədə artıb, Tailand, Braziliya, Rusiya və Macarıstanda azalıb.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol