• $
  • €
  • ₽
  • ₺
  • £

Metroda qiymətlər artır?

Metroda qiymətlər artır?
06.07.2017 10:41
"Bu barədə bir söz deyə bilmərəm. Çünki məlumatımız yoxdur. Hər şey Tarif Şurasının qərarından asılıdır”.

Anews.az-ın məlumatına görə, "Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev metroda qiymət artımı ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən belə deyib.

O, Bakı Metropoliteni tərəfindən Tarif Şurasına belə bir müraciətin olunmadığını açıqlayıb.

Qeyd edək ki, iqtisadçı Natiq Cəfərli mətbuata açıqlamasında bildirib ki, uzun müddətdir, metroda gediş haqqının qaldırılmasına dair söhbət aparılır. Onun sözlərinə görə, metro ilə bağlı dəfələrlə açıqlama olub, amma sərnişinin maya dəyəri, onun necə hesablanması açıqlanmır: "Bu, təxmini 50 qəpik civarında bildirilib. Ona görə gələcəkdə metroda gediş haqqının artması ilə bağlı qərar verilə bilər. Bunu onunla izah edəcəklər ki, sərnişinlərin daşınmasının maya dəyəri yüksəkdir. Lakin qurumun rəhbərliyindən heç kim izah edə bilməyib ki, maya dəyəri niyə belə yüksək hesablanır. Əslində, müstəqil audit keçirib, bu qurumda sərnişin daşınmasının maya dəyərini hesablamaq mümkündür. Hələlik əlimizdə olan ancaq sərnişindaşımanın maya dəyərinin artması ilə bağlı həmin qurumun özündən verilən məlumatdır. Ola bilər, Metropolitendə də gediş haqqının artırılması ilə bağlı qərar verilsin”.

Xatırladaq ki, gediş haqlarının tənzimlənməsi üçün iyulun 15-dən etibarən ölkədaxili sərnişin və sürət qatarlarında baza tarifinə kupe və plaskart tipli vaqonlarda aşağı yerlərə 1,2 əmsalı tətbiq ediləcək. Bu isə hazırkı qiymətlərin 20% artırılması deməkdir.
www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol