• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda “Uber” istifadəçiləri problemlə üzləşib

Azərbaycanda “Uber” istifadəçiləri problemlə üzləşib
06.07.2017 17:40
Son vaxtlar Azərbaycanda "Uber” istifadəçiləri  xidmətdən istifadə zamanı problemlə qarşılaşır.

anews.az-ın xeberler-ə istinadən verdiyi məlumata görə, istifadəçilər bildirib ki, "Uber” sürücüləri sifarişi qəbul edəndən sonra zəng edib, ödənişin nağd və ya kartla olması ilə maraqlanıb, kart ödənişi ilə olan sifarişləri qəbul edə bilməyəcəklərini deyərək sifarişi ləğv etməyi xahiş edir.

Buna səbəb olaraq kartla ödənişi şirkətdən ala bilmədiklərini göstərirlər.

İstifadəçilər isə "Uber”in sürücülərə qarşı haqsızlıq etdiyini iddia edərək, etirazlarını bildirir.
Uber-in Moskva ofisi qeyd edilən problemlə bağlı rəsmi sorğumuzu cavablandırıb.

Ofisdən qeyd edilib ki, bütün pul köçürmələrini həyata keçiriblər: "Uber”  tərəfdaşlarla iş zamanı beynəlxalq standartlara ciddi şəkildə riayət edən iri beynəlxalq texnoloji şirkətdir. Bizə daxil olan bütün müraciətləri diqqətlə izləyib, cavab veririk. "Uber”lə əməkdaşlıq edən sürücülərin göstərdikləri xidmətə görə pul köçürmələrində yaranan problemlə bağlı müraciət bizə daxil olan kimi, biz bundan öncə köçürmələri həyata keçirən partnyor banka rəsmi sorğu göndərdik. Məsələnin operativ həlli üçün biz digər bankın xidmətlərindən yararlandıq və bütün pul köçürmələrini həyata keçirdik”.

Məlumatda bildirilib ki, hazırda partnyor sürücülərin hesablarına pul vəsaitləri köçürülür:
"Lakin köçürülmə müddəti bir qədər artaraq 2-3 həftə təşkil edir. Buna baxmayaraq, biz bu müddətin 1 həftəyədək azalması istiqamətində aktiv şəkildə işləyirik”.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Новая функцияYeloInvest: узнайте больше о своём портфеле!
İqtisadiyyat 12:43
Новая функцияYeloInvest: узнайте больше о своём портфеле!
"Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçib
İqtisadiyyat 12:22
"Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol