• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ-ın strateji neft ehtiyatları 12 illik minimuma düşüb

ABŞ-ın strateji neft ehtiyatları 12 illik minimuma düşüb
06.07.2017 23:00
ABŞ-ın idxal neftindən asılılığı azalıb.

Son 17 həftə ərzində ABŞ-ın strateji neft ehtiyatları 13 mln. barel və ya 1,87% azalaraq 682 mln. barelə enib.

Bu, son 12 ilin minimal səviyyəsini təşkil edib. "Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, ABŞ-ın Energetika Nazirliyi ilin əvvəlindən strateji neft ehtiyatlarını satacağı ilə bağlı xəbər yayıb.

ABŞ Prezidenti Donald Trampın administrasiyası gələcəkdə də neft satışını davam etdirməyi planlaşdırdığını açıqlayıb. Buna səbəb kimi ölkənin borc yükünün azaldılması niyyəti göstərilir. Yaxın 10 ildə ABŞ 270 mln. barel neft satacağını bildirib. Analitiklər hesab edirlər ki, strateji neft ehtiyatlarının azalması normal hadisədir. Belə ki, son illərdə ABŞ-da neft hasilatı artdığı üçün neft idxalına ehtiyac xeyli azalıb. Ölkə öz neft tələbatını daxili istehsal hesabına təmin etməyə başladığına görə, neft ehtiyatlarının bu səviyyədə saxlanılmasına ehtiyac yoxdur.

Qeyd edək ki, strateji neft ehtiyatlarının yaradılmasına 1973-cü ildə Yaxın Şərq ökələrinin ABŞ-a embarqo tətbiq etməsindən sonra başlanılıb. Ehtiyatların cari qiyməti 31 mlrd. ABŞ dollarına yaxındır.  

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol