• $
  • €
  • ₽
  • ₺
  • £

Dünya yeni kiberhücumlarla üzləşəcək

Dünya yeni kiberhücumlarla üzləşəcək
11.07.2017 22:40
Dünya şirkətlərinin yaxın vaxtlarda yenidən ciddi kiberhücumlarla üzləşəcəyi gözlənilir. Bu barədə "Kasperski laboratoriyası” antivirus şirkətinin infrastruktur təhlükəsizliyi biznesinin inkişafı üzrə direktoru Andrey Suvorov "RİA Novosti” agentliyinə müsahibədə bildirib.

anews.az ICTnews-a istinadən xəbər verir ki, müasir sənaye şirkətlərinin informasiya texnologiyalarından asılılığı onları hakerlər üçün banklardan daha çox cəlbedici edir.

Ekspert qeyd edib ki, dünya kompüterlərini yoluxduran "WannaCry” və "Petya” virusları yalnız başlanğıcdır.

Onun sözlərinə görə, bu hadisənin başlanğıc mərhələsində olması səbəbindən demək mümkündür ki, bu, ilk cəhddir - sınaqdır.  "Yevgeni Kasperski "WannaCry” hücumunadək etdiyi çıxışlarda dəfələrlə bildirib ki, 2017-ci ildə fırıldaqçılıq kifayət qədər kədərli yenilik ola bilər.

Bundan başqa, "Kasperski laboratoriyası” nümayəndəsi vurğulayıb ki, artıq fırıldaqçılar üçün informasiyanı müştəri kartından və ya bank müxbir hesabından oğurlamaq əhəmiyyət kəsb etmir.

Hazırda informasiya texnologiyalarından asılı olan müəssisənin fəaliyyətini qısa müddətə dayandıraraq pul tələb etmək kifayət edir. "Bu, fırıldaqçılığa görə şirkətə nə qədər ziyan dəyəcəyi barədə əvvəlcədən məlumatlı olan fırıldaqçılıq növüdür”, - A.Suvorov əlavə edib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol