• $
  • €
  • ₽
  • ₺
  • £

“Nar” sosial şəbəkələrdəki abunəçi sorğularında 100%-lik nəticə göstərib

“Nar” sosial şəbəkələrdəki abunəçi sorğularında 100%-lik nəticə göstərib
14.07.2017 16:32
Müştəri xidmətlərinin davamlı inkişaf strategiyasına sadiq qalan "Nar” yüksək müştəri məmnuniyyəti göstəricilərinə nail olmağa davam edir. Belə ki, Çağrı Mərkəzinə (777) zəng edən abunəçilərə göstərilən bütün xidmətlər sosial media üzərindən də təmin edilir. Bunun üçün ayrılan xüsusi komanda yalnız sosial media üzərindən gələn sorğuları cavablayır. Müştəri xidmətlərinin geniş spektrini bilavasitə sosial media üzərindən təqdim etmiş ilk və yeganə mobil operator olan "Nar” bu sahədə yüksək göstəricilərə nail olub. Sosial şəbəkələr vasitəsilə daxil olmuş sorğuların cavablandırılma vaxtına görə "Nar” mobil operatorlar arasında ən yüksək nəticəni göstərə bilib. Abunəçilər bu xidmətlərdən istər nar.az internet səhifəsində olan şəxsi kabinetləri vasitəsilə, istərsə də "Facebook”, "Twitter”, "Instagram” və digər sosial şəbəkələr üzərindən yararlana bilirlər.

2017-ci ilin ilk yarısının nəticələrinə əsasən, sosial şəbəkələr üzərindən daxil olmuş sorğuların 100%-i "Nar” sosial media komandası tərəfindən cavablandırılıb. Bu dövrdə daxil olmuş müraciətlərin 99%-i bir saat ərzində öz həllini tapıb, sorğuların uğurla cavablandırılma müddəti orta hesabla cəmi 13 dəqiqə təşkil edib. Müştəri yol xəritəsinə görə (Customer Journey), "Nar” sosial media komandasına daxil olmuş müraciətlərin 85%-i cəmi 2 ismarışdan sonra müvəffəqiyyətlə həllini tapıb.

Bu yüksək göstərici, "Nar” abunəçilərinə göstərilən müştəri xidmətlərinin keyfiyyətinin artırılması, eləcə də innovativ həllərin tətbiqi nəticəsində mümkün olub. "Nar” abunəçiləri özlərinə rahat olan istənilən üsulla – Çağrı Mərkəzinə zəng etməklə, şəxsi kabinetə daxil olmaqla, sosial şəbəkələr, SMS və elektron poçt üzərindən yazmaqla yüksəkkeyfiyyətli müştəri xidmətlərindən yararlana bilərlər.

"Nar” Müştəri xidmətləri haqqında daha ətraflı məlumatı nar.az internet səhifəsindən əldə etmək olar.

"Azerfon” şirkəti 21 mart 2007-ci ildə "Nar Mobile” ticarət nişanı ilə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilıb. "Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. 2,3 milyon istifadəçisi olan "Nar” hazırda ölkə ərazisinin 99%-ni əhatə edən və 6000-dən artıq baza stansiyasından ibarət olan geniş şəbəkəsi ilə abunəçilərinə yüksəkkeyfiyyətli xidmət göstərir.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol