• $
  • €
  • ₽
  • ₺
  • £

İri dövlət şirkətlərinin smetalarının tərtibi qaydaları dəyişildi

İri dövlət şirkətlərinin smetalarının tərtibi qaydaları dəyişildi
21.07.2017 13:20
Azərbaycanın iri dövlət şirkətlərinin gəlir və xərclər smetalarının tərtibi qaydaları dəyişib.

anews.az-ın APA-ya istinadən məlumatına görə, Nazirlər Kabineti bununla bağlı "İri dövlət şirkətlərinin gəlirlər və xərclər smetaları haqqında” 2016-cı il 30 dekabr tarixli qərarında dəyişiklik edib.

İri dövlət şirkətlərinin siyahısına SOCAR, "Azərenerji” ASC, "Azərbaycan Hava Yolları” QSC (AZAL), "Azərbaycan Dəmir Yolları” QSC, "Azərsu” ASC, "Azərişıq” ASC, "Xəzər Dəniz Gəmiçiliyi” QSC, "Bakı Metropoliteni” QSC, "Meliorasiya və Su Təsərrüfatı” ASC, "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan qurumlar ("Azərkosmos” ASC, "Aztelekom” MMC, "Azərpoçt” MMC və "Bakı Telefon Rabitəsi” MMC) daxildir.

İri dövlət şirkətlərinin gəlirlər və xərclər smetaları haqqında” 2016-cı il 30 dekabr tarixli qərara əsasən, iri dövlət şirkətlərinin gəlirlər və xərclər smetalarına baxılma və həmin smetaların təsdiq edilməsi üzrə komissiya yaradılıb. Komissiyanın sədri baş nazirin birinci müavini Yaqub Eyyubov, komissiyanın üzvləri iqtisadiyyat naziri Şahin Mustafayev, maliyyə naziri Samir Şərifov, vergilər naziri Fazil Məmmədov, Mərkəzi Bankın sədri Elman Rüstəmov və Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlıdır. Komissiyanın cari fəaliyyətinin təşkili məqsədi ilə komissiyanın katibliyi yaradılıb və katibliyin funksiyalarının həyata keçirilməsi Maliyyə Nazirliyinə həvalə edilib.

İri dövlət şirkətləri növbəti ilin gəlirlər və xərclər smetalarının ilkin layihələrini hər il iyulun 1-dək komissiyanın katibliyinə təqdim etməli idi. Dəyişikliyə əsasən, iri dövlət şirkətləri növbəti ilin gəlirlər və xərclər smetalarının ilkin layihələrini hər il iyulun 1-dək deyil, dekabrın 20-dək katibliyə təqdim etməlidirlər. İri dövlət şirkətləri təsdiq olunmuş gəlirlər və xərclər smetalarının rüblük icrası barədə hesabatı hər rübdən sonra 30 gün ərzində, illik icrası barədə hesabatı isə hər il aprel ayının 1-dək komissiyaya təqdim etməli idilər. Dəyişikliyə əsasən, artıq iri dövlət şirkətləri təsdiq olunmuş gəlirlər və xərclər smetalarının rüblük icrası barədə hesabatı artan yekunla hər rübdən sonrakı ayın 15-dək komissiya üzvlərinə və katibliyə kağız və elektron daşıyıcılarda təqdim etməlidirlər. İri dövlət şirkətləri təsdiq olunmuş smetanın icrası barədə rüblük hesabatda iri dövlət şirkətlərinin daxilolmaları və xərcləri proqnoz göstəricilərindən 10%-dək az və ya çox olduqda, komissiyanın katibliyinə bunun səbəbləri barədə müvafiq izahat təqdim edəcək. Komissiyanın katibliyi hər rüb üzrə smetanın icrasına dair müvafiq arayış hazırlayaraq Komissiyanın üzvlərinə təqdim edəcək və hər rübdən sonrakı ayın 30-dək komissiyada müzakirəsini təşkil edəcək.


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Новая функцияYeloInvest: узнайте больше о своём портфеле!
İqtisadiyyat 12:43
Новая функцияYeloInvest: узнайте больше о своём портфеле!
"Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçib
İqtisadiyyat 12:22
"Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol