• $
  • €
  • ₽
  • ₺
  • £

Mingəçevir-Bəhramtəpə yolunun tikintisi davam edir

Mingəçevir-Bəhramtəpə yolunun tikintisi davam edir
21.07.2017 23:00
"Azəravtoyol” ASC Mingəçevir-Bəhramtəpə avtomobil yolunun (R18) 138 km-lik hissəsinin yenidən qurulma işlərini davam etdirir.

Bu barədə Oxu.Az-a ASC-nin Mətbuat Katibliyindən məlumat verilib.

Layihəyə uyğun olaraq avtomobil yolu iki hissə üzrə yenidən qurulur. Bu, Aran-Qarağacı hissəsi (km 0-26) və Qarağacı-Bəhramtəpə hissəsidir (km 26-138).

Bundan əvvəl yolun Mingəçevir şəhəri-Mingəçevir stansiyası arasında olan 16,5 km-lik hissəsi qurularaq cari ilin aprel ayında prezident İlham Əliyevin iştirakı ilə vətəndaşların istifadəsinə verilib.

Yolun 16,5-154,5 km-lik hissəsində isə hazırda işlər sürətlə davam etdirilir. Bu hissədə yol iki hərəkət zolaqlı olmaqla, 3-cü texniki dərəcəyə uyğun olaraq inşa olunur. Yol yatağının eni isə 12 metr (yolun texniki dərəcəsi – III, eni - 12 m, hərəkət hissəsinin eni - 2 x 3,5 m, çiyinlərin eni - 2 x 2,5m, yol geyiminin qalınlığı 62 sm-dir). Ümumilikdə isə yolun asfalt-beton örtüyü 27 sm təşkil edəcək.

Layihəyə uyğun olaraq Mingəçevir-Bəhramtəpə yolunda yolun altından suların ötürülməsi üçün 268 ədəd suötürücü borunun quraşdırılması və 32 yerdə suötürücü keçidin inşası nəzərdə tutulub və bu istiqamətdə işlər aparılır. Bundan başqa, yolun altından keçidi təmin etmək məqsədilə 22 yerdə alt keçidin inşası aparılır.

Yol boyu 5 ədəd yeni körpü də (0 km, qovşaq - 63 m (M2-R18 kəsişmə), 9,3 km, körpü – 33,8 m (İncəçay), 34,7 km, körpü – 111,4 m (Tərtərçay), 57,3 km, körpü – 61,1 m (Xaçın çayı), 85,2 km, körpü – 38 m (Qarqarçay) inşa edilir.

Hazırda layihə çərçivəsində yol boyu torpaq işləri görülür, yeni yol yatağı və yol əsasının inşası aparılır. Hazır hissələrə yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə də start verilib. Yol boyu kommunikasiya xətlərinin köçürülməsi, suötürücü boruların, su və yeraltı keçidlərin inşası işləri də görülür. Faktiki olaraq Mingəçevir-Bəhramtəpə avtomobil yolunda aparılan tikinti işlərinin tərəqqisi 42% təşkil edir.

Məlumat üçün bildirək ki, Mingəçevir-Bəhramtəpə avtomobil yolunun yenidən qurulması ilə yol boyu yaşayan vətəndaşların istər Gəncə-Qazax, istər Qax-Balakən, istərsə də Beyləqan-Füzuli, Saatlı-Şirvan və Bakı istiqamətlərinə rahat və maneəsiz şəkildə gediş-gəlişi təmin olunacaq.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Новая функцияYeloInvest: узнайте больше о своём портфеле!
İqtisadiyyat 12:43
Новая функцияYeloInvest: узнайте больше о своём портфеле!
"Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçib
İqtisadiyyat 12:22
"Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol