• $
  • €
  • ₽
  • ₺
  • £

OPEC+ anlaşması ləğv oluna bilər

OPEC+ anlaşması ləğv oluna bilər
21.07.2017 21:30
Neft qiymətləri 50 dollar həddini keçdikdən sonra, yenidən azala bilər.

OPEC və ona üzv olmayan ölkələrin neft nazirlərinin iyulun 24-də Sankt-Peterburqda (Rusiya) keçiriləcək Monitorinq Komitəsinin iclası böyük əhəmiyyət daşıyır. "Report" xəbər verir ki, OPEC 30 noyabr Vyana anlaşmasının fiaskoya uğradığını artıq anlayır. Qlobal neft ehtiyatları azalmır, anlaşmada istisna təşkil edən Liviya və Nigeriya, həmçinin ABŞ-da şist neft hasilatı isə artmağa davam edir.

OPEC hazırda ABŞ şist neft hasilatçılarına təsir edə bilmir, lakin Liviya və Nigeriyaya təsir imkanı çətin də olsa qalır. Lakin ən əsası odur ki, Liviya və Nigeriya hasilatını məhdudlaşdıracağı təqdirdə belə, qiymətlər yüksələcək və bu zaman da ABŞ hasilatı daha da artıracaq. Yəni, neft bazarında vəziyyət kritik həddə çatıb. Həmçinin bildirmək lazımdır ki, Liviya və Nigeriyanı da razı salmaq çətin məsələdir. Bu iki ölkə daxili problemlər səbəbindən kəskin maliyyə ehtiyacı ilə üzləşib. Həmçinin, Ekvador və Qazaxıstanın hasilat kvotalarına riayət etməməsi OPEC+ anlaşmasının gələcəyi üçün təhlükə yaradıb. Belə ki,  bu ölkələrin hasilatı artırması digər ölkələri də belə bir addım atmağa sövq edə bilər. Bu halda OPEC+ anlaşması ləğv ediləcək və qiymətlərin 20 dollar/barelə qədər düşməsi ehtimalı yaranacaq.

"Report"un analitik qrupu bildirir ki, sammitdə Liviya və Nigeriyanın anlaşmaya qoşulması qərara alınarsa, neft qiymətlərinin qısa müddətdə 50 dollar/bareli keçdikdən sonra yenidən 45 dollar/barel səviyyəsinə qayıdacağı proqnozlaşdırılır.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Новая функцияYeloInvest: узнайте больше о своём портфеле!
İqtisadiyyat 12:43
Новая функцияYeloInvest: узнайте больше о своём портфеле!
"Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçib
İqtisadiyyat 12:22
"Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol