• $
  • €
  • ₽
  • ₺
  • £

“Bakcell”in dəstəyi ilə “Təhsil Avtobusu-2017” Yay Məktəbi başlayır

“Bakcell”in dəstəyi ilə “Təhsil Avtobusu-2017” Yay Məktəbi başlayır
21.07.2017 13:50
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkətinin dəstəyi və Azərbaycan Respublikası Təhsil Nazirliyi, "ENGİN” şirkəti və Kapital Bankın təşkilatçılığı ilə "Azərbaycan üçün Öyrət’’ təhsil proqramı çərçivəsində 24 – 31 iyul 2017-ci il tarixində "Təhsil Avtobusu - 2017” Yay Məktəbi keçiriləcək.

Yay məktəbinin məqsədi bölgələrdə yaşayan və ya təhsil alan orta ixtisas və ali təhsil müəssisələrinin akademik göstəriciləri orta olan tələbələrin karyera inkişaflarına təsir etmək, onlara informasiya texnologiyalarından karyera inkişafında istifadədə, iş seçimi və axtarışında kömək edəcək bilik və bacarıqlar vermək, eləcə də həyata fərqli baxış və dünyagörüşünün formalaşmasına stimul verməkdir. 

Yay Məktəbi çərçivəsində bu istiqamətlərdə dərslər, fərdi inkişaf təlimləri və intellektual yarışlar keçiriləcək.

Bakı-Quba-Masallı-Sabirabad-Gəncə-Mingəçevir-Zaqatala-İsmayıllı-Bakı marşrutu üzrə səyahət edəcək "Təhsil Avtobusu - 2017” Bakcell şirkəti tərəfindən təchiz edilmiş yüksəksürətli internetlə təmin olunacaq.

Qeyd edək ki, "Azərbaycan üçün Öyrət’’ Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasını dəstəkləyərək keyfiyyətli təhsil üçün bərabər imkanların yaradılmasını təmin edən təhsil proqramıdır.

Xatırladaq ki, Bakcell eyni zamanda Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində digər qurumlarla da uğurlu əməkdaşlığını davam etdirir. Belə ki, şirkət UAFA (Azərbaycana Birgə Yardım təşkilatı) və "SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası İctimai Birliyi tərəfindən icra edilən müxtəlif layihələrə öz dəstəyini göstərməklə xüsusi qayğıya ehtiyacı olan uşaqların həyatında müsbət dəyişikliklər yaratmağa çalışır.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Новая функцияYeloInvest: узнайте больше о своём портфеле!
İqtisadiyyat 12:43
Новая функцияYeloInvest: узнайте больше о своём портфеле!
"Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçib
İqtisadiyyat 12:22
"Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol