• $
  • €
  • ₽
  • ₺
  • £

“Buta Airways” İstanbula və Sankt-Peterburqa aviabiletlərin satışına başlamışdır

“Buta Airways” İstanbula və Sankt-Peterburqa aviabiletlərin satışına başlamışdır
21.07.2017 15:08
21 iyul 2017-ci il, Bakı – "Buta Airways” aşağı büdcəli aviaşirkətinin rəsmi saytında qış uçuş cədvəli üzrə (oktyabrın 29-dan martın 29-dək) aviabiletlər satışa buraxılmışdır. Qış uçuş cədvəli üzrə Bakıdan İstanbula ("Sabiha Gökçən” hava limanı) və Sankt-Peterburqa, həmçinin Gəncədən Moskvaya ("Vnukovo" hava limanı) olan reyslərə aviabiletlərin satışına başlanılmışdır.

Aktual uçuş cədvəli ilə aşağıdakı linkdə tanış olmaq mümkündür: 

//www.butaairways.az/az/flight-schedule

Qeyd edək ki, aviaşirkət sentyabrın 1-dən Bakıdan Moskva ("Vnukovo" hava limanı), Kiyev ("Julyanı” hava limanı), Antalya, Kazan, Mineralnıye Vodı, Tbilisi və Tehrana uçuşlar yerinə yetirəcək.

Bütün istiqamətlər üzrə minimal tarif cəmi 29 avro (bir tərəfə) təşkil edir. Lou-kost aviaşirkət olaraq, "Buta Airways” aviareyslərdə baqajın, əl yükünün daşınması, təyyarə göyərtəsində isti yeməklər, hava limanında qeydiyyat, eləcə də təyyarədə yer seçimi kimi əlavə xidmətləri ödəniş müqabilində təklif edəcək. Tariflər barədə ümumi məlumat "Tariflər və xidmətlər" səhifəsində təqdim olunmuşdur.

Minimal tarif ilə alınan aviabiletlər qaytarıla və ya dəyişdirilə bilməz. Aviabiletlərin qaytarılması və dəyişdirilməsi şərtləri ilə daha ətraflı "Biletlərinin qaytarılması və dəyişdirilməsi” səhifəsində tanış ola bilərsiniz.

Aviaşirkətin bütün reyslərində sendviçlər və su pulsuz olaraq təqdim olunacaq. İsti yeməyi aviabiletin alınması prosesi zamanı öncədən sifariş etmək mümkün olacaq. Menyu ilə "Təyyarədə qidalanma” səhifəsində tanış ola bilərsiniz. Həmçinin təyyarənin göyərtəsində müxtəlif içkilər və soyuq qəlyanaltılar əldə etmək mümkün olacaq. Sərnişinlərdən tez-tez daxil olan suallar əsasında "Suallar və cavablar” səhifəsi hazırlanmışdır.

24 saat fəaliyyət göstərən çağrı mərkəzi ilə +994 (12) 493 14 14 telefon nömrəsi (Azərbaycandan zənglər üçün qısa nömrə *0808), [email protected] elektron poçt ünvanı vasitəsilə əlaqə saxlamaq və ya saytdakı əlaqə forması vasitəsilə məktub yazmaq mümkündür.

Bütün yenilikləri və xəbərləri "Buta Airways”in sosial şəbəkələrdəki səhifələrində izləmək mümkündür:

• facebook.com/ButaAirways

• instagram.com/ButaAirways 

• twitter.com/ButaAirways

Aviabiletləri həmçinin kassalarda və rəsmi agentliklərdə əldə etmək mümkündür . Bütün ödənişlər uçuşun başladığı ölkənin yerli valyutasında mərkəzi bankın ödəniş gününə olan məzənnəsi ilə həyata keçirilir.

"Buta Airways” Azərbaycanın ilk aşağı büdcəli aviaşirkətidir və "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) struktur bölməsidir. 2016-ci ilin dekabrında əsası qoyulmuşdur. Aviaşirkətinin donanması müasir "Embraer” təyyarələrindən ibarətdir. Aviaşirkət Bakıda, Heydər Əliyev Beynəlxalq Hava Limanında yerləşir.

"Buta Airways” aviaşirkətinin mətbuat xidməti

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Новая функцияYeloInvest: узнайте больше о своём портфеле!
İqtisadiyyat 12:43
Новая функцияYeloInvest: узнайте больше о своём портфеле!
"Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçib
İqtisadiyyat 12:22
"Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol