• $
  • €
  • ₽
  • ₺
  • £

Gələn il Azərbaycanda işsizlik azalacaq

Gələn il Azərbaycanda işsizlik azalacaq
31.07.2017 16:40
Bu il Azərbaycanda işsizlik səviyyəsinin artacağı, növbəti 3 ildə isə azalacağı ehtimal edilir. 

anews.az Report-a istinadən xəbər verir ki, belə bir proqnozla "Standard & Poor's” beynəlxalq reytinq agentliyi Azərbaycanın 2020-ci ilə qədər iqtisadi perspektivləri barədə hesabatında çıxış edib. 

Hesabatda bildirilib ki, 2018-ci ildə Azərbaycanda işsizlik 5,5%-ə, 2019-2020-ci illərdə isə 5%-ə enəcək. 

Agentlik hesabatda bir sıra digər maliyyə göstəriciləri üzrə proqnozlarını da açıqlayıb. Belə ki, Azərbaycanın dövlət büdcəsinin bu il ümumi daxili məhsulun (ÜDM) 3,2%-i qədər kəsirlə tamamlanması gözlənilir. Büdcənin 2018-ci ildə 1%, 2019 və 2020- ci illərdə 2,5% profisit nümayiş etdirəcəyi ehtimal edilir. 

"Standard & Poor's” xatırladıb ki, son 10 ildə Azərbaycanda büdcə profisiti orta hesabla 7% təşkil edib. 

Maliyyə göstəricilərinin zəif olmasına səbəb kimi agentlik Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) Azərbaycan Mərkəzi Bankına (AMB) birdəfəlik transferini göstərib. Bu addım AMB-yə inamın artırılması və tədiyyə balansında böhranın aradan qaldırılması kimi qiymətləndirib.

"Standard & Poor's” həmçinin növbəti illərdə Azərbaycanın dövlət büdcəsində artımın olmayacağını gözləyir. Belə ki, bu il gəlirlərin ÜDM-ə nisbəti 33%, növbəti 3 ildə isə müvafiq olaraq 31, 30 və 30% təşkil etməlidir.  Xərclərin ÜDM-ə nisbətinin isə bu il 36,2%, növbəti 3 ildə isə müvafiq olaraq 30, 27,5 və 27,5% olması proqnozlaşdırılır: "Əgər hesab etsək ki, növbəti ildən ÜDM-də artım gözlənilir, o zaman yuxarıdakı proqnozu büdcədə sabitlik və yaxud cüzi kiçilmə kimi qəbul etmək olar”.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol