• $
  • €
  • ₽
  • ₺
  • £

İsveçrənin qatar istehsalçısı ümidini Azərbaycana bağlayıb

İsveçrənin qatar istehsalçısı ümidini Azərbaycana bağlayıb
02.08.2017 13:00
Stadler-Minsk sata bilmədiyi qatarlar üçün müştəri axtarır.

İsveçrənin qatar istehsalı sahəsində ixtisaslaşmış "Stadler" şirkətinin Belarusdakı nümayəndəliyi Gürcüstan və Azərbaycanda yeni alıcılar axtarır.

"Report" Belarus mətbuatına istinadən xəbər verir ki, "Stadler - Minsk" Rusiyanın "Aeroekspress" şirkətinə sata bilmədiyi 4 qatar üçün iki ölkəni alıcı qismində nəzərdən keçirir. 

Şirkətin direktoru Filipp Brunner bildirib ki, Rusiya rublunun dəyərdən düşməsi "Aeroekspress"i sifarişini nəzərə çarpacaq dərəcədə azaltmağa vadar edib: "Aeroekspress"ə 11 ədəd ikimərtəbəli qatar tədarük edilib. Bu, 44 vaqon olmaqla, 4 və 6 vaqon heyətindən ibarət nəqliyyat vasitələridir. Doqquz ədədi Belarusda yığılan qatar Rusiyada artıq sertifikasiyadan keçib. Daha 4 ədədi isə Fanipolda zavodda qalıb. Hazırda onlar üçün alıcı axtarırıq. Ümid edirik ki, qatarlar Azərbaycan və ya Gürcüstanın diqqətini çəkə bilər. Çünki bu ölkələrdə qeyd edilən nəqliyyat vasitələrinin xüsusiyyətlərinə bənzər ikimərtəbəli qatarlar istismar olunur. Bu, ən əlverişli variant ola bilərdi". 

Xatırladaq ki, "Stadler - Minsk" və "Aeroekspress" 2014-cü ildə dəyəri 381 mln. avro həcmində 25 qatarın (118 vaqonluq) alınmasına dair müqavilə imzalayıb. 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol