Gürcüstana istirahətə gedənlərin statistikası - İlk üçlükdəyik

Bu ilin yanvar-iyul aylarında Gürcüstanda 3.9 milyon turist istirahət edib, bu, keçən ilin müvafiq dövrü ilə müqayisədə 572.2 min çoxdur.
anews.az-ın newsgeorgia.ge-yə istinadən verdiyi xəbərə görə, Gürcüstana ən çox turist Azərbaycan, Ermənistan, Rusiya və İrandan gəlir.
Xarici turistlər 2017-ci ilin ilk kvartalında Gürcüstan büdcəsinə 434,6 milyon dollar qazandırıb, bu göstərici keçən ilin müvafiq dövrü ilə müqayisədə 82 milyon dollar çoxdur.
Avropa İttifaqı ölkələrindən bu ilin ilk yeddi ayı ərzində Gürcüstana daha çox Avstriya, Hollandiya, Almaniya, Fransa və Böyük Britaniya turistləri gəlib. İran, Özbəkistan, Səudiyyə Ərəbistanı, Hindistan, İsrail, Çin vətəndaşları da istirahət üçün Gürcüstan istiqamətini seçir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Son xəbərlər 
Daha çox 






















