• $
  • €
  • ₽
  • ₺
  • £

Yanvarın 1-dən maaşımızdan 0,5 faiz tutulacaq – Yeni qanun

Yanvarın 1-dən maaşımızdan 0,5 faiz tutulacaq – Yeni qanun
09.08.2017 21:09
Dövlət başçısı "İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli, 765-VQ nömrəli Qanununu təsdiq edib və "İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli, 765-VQ nömrəli Qanununun tətbiqi barədə” fərman imzalayıb.

Qeyd edək ki, yeni qanun vətəndaşın iş yerini itirdiyi andan yeni iş yeri tapanadək olan dövrdə itirilmiş gəlirlərinin kompensasiya olunmasına, eləcə də, əmək bazarına təkrar qaytarılmasına kömək etmək məqsədini daşıyır. İşsizlikdən sığortanın subyektləri (sığortaçı, sığortaolunanlar və sığortaedənlər) arasındakı münasibətləri tənzimləyən bu qanun 2018-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Qanunu Oxu.Az-a şərh edən hüquqşünas Oktay Məhərrəmov bildirib ki, qanuna əsasən, dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, işçilərin sayı, ştatların ixtisar edilməsi nəticəsində əmək münasibətlərinə xitam verilməsi hallarında sərbəstləşmiş işçilərin gəlir itkilərini qarşılamaq üçün işəgötürənlər ümumi əməkhaqqı fondunun 0,5 faizi, işçilər isə öz əməkhaqqlarının 0,5 faizi həcmində vəsait ödəməli olacaqlar: "Məsələn, əmək haqqı fondu 10000 manat olan müəssisə hər ay 50 manat, əmək haqqı 1000 manat olan işçi isə öz növbəsində 5 manat sığorta haqqı ödəyəcəkdir. İşsizlikdən sığorta üzrə ödənişlərin toplanmasını isə Sosial Müdafiə Fondu həyata keçirəcək”.

O ki qaldı indiyə qədər bu prosesin necə icra edilməsinə, O.Məhərrəmov deyir ki, işsiz qalan şəxs məşğulluq idarəsinə üz tuturaraq orada işsiz kimi qeydiyyata dururdu: "Bundan sonra işsizlik müavinəti alırdı. İşsizlərə verilən bu məbləğ olduqca aşağı idi. O cümlədən dövlət büdcəsinin vəsaiti hesabına ödənilirdi. Artıq bu yük büdcənin üzərindən götürülür”.
www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol