Azərbaycanla Avropa İttifaqı arasında ticarət dövriyyəsi 30% azalıb

Ölkənin cəmi ixracının 46%-ni, idxalının isə 22%-ni Avropa İttifaqı ölkələri əhatə edib.
Azərbaycanla Avropa İttifaqı arasında ticarət dövriyyəsinin həcmi illik 30% azalaraq cari ilin yanvar-iyul ayları ərzində 3 789 524 min ABŞ dolları təşkil edib.
"Report” bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Bu müddətdə ixrac illik 31% azalaraq 2 839 402 min dollar, idxal 29% azalaraq 950 122 min dollara enib. Beləliklə, ticarət dövriyyəsinin müsbət saldosu ötən ilin müvafiq dövrü ilə müqayisədə 31% azalaraq cari ilin ilk yeddi ayı ərzində 1 889 281 min dollar olub. Hesabata əsasən, ölkənin cəmi ixracının 46%-i, idxalının isə 22%-i Avropa İttifaqı ölkələrinin payına düşüb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 13:41
Fariz Əliyev: Azərbaycan Orta Dəhlizi yüksək əlavə dəyər yaradan iqtisadi dəhlizə çevirməyi hədəfləyir

İqtisadiyyat 13:00
Kamal Abbasov: Azərbaycan İtaliya ilə yaşıl enerji layihələrini genişləndirmək niyyətindədir

İqtisadiyyat 11:56
Mikayıl Cabbarov: Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi 9 milyard dolları ötüb

İqtisadiyyat 11:49
Antonio Tajani: İtaliyanın Azərbaycana ixracı yüksək keyfiyyətli məhsullarla genişləndirilə bilər
Son xəbərlər 
Daha çox 



















