• $
  • €
  • ₽
  • ₺
  • £

“Ukrtransnafta” bu ay 37 min ton Azərbaycan neftini satışa çıxarmağı planlaşdırır

“Ukrtransnafta” bu ay 37 min ton Azərbaycan neftini satışa çıxarmağı planlaşdırır
04.09.2017 17:30
Kremençuq zavodunda saxlanılan əmtəə neftinin hamısı satışa çıxarılacaq.

Bu ay ərzində "Ukrtransnafta” Kremençuq Neft Emalı Zavodunda (NEZ) saxlanılan 37 min ton həcmindəki "Azeri Light” markalı neftin hamısını satışa çıxarmağı planlaşdırır.

"Report” xəbər verir ki, bu barədə "Enkorr” saytına "Ukrtransnafta” şirkətinin baş direktorunun I müavini Andrey Pasişnik bildirib.

"Hazırda Kremençuq zavodunda 37 min ton "Azeri Light” markalı əmtəə nefti saxlanılır. Səhmdarların yığıncağında alınan qərara əsasən bu həcmi satmalıyıq.
 
Bütün həcmin sentyabr ayı ərzində satışa çıxarılması nəzərdə tutulur. Buna görə də hər həftə 12 min, 12 min, 13 min ton olmaqla bütün həcmi birjaya çıxarmağı planlaşdırırıq”, - o qeyd edib.

Məlumata görə, sentyabrın 5-i üçün nəzərdə tutulan ticarət bülletenində qeyd edilib ki, "Ukrtransnafta” Ukrayna Energetika Birjasında "Azeri Light” markalı 12 min ton nefti satışa çıxarıb. Hərracın əvvəlki kimi diferensial rejimdə keçirilməsi gözlənilir. Həcm 2 min və 10 min ton olmaqla iki lota bölünüb. 

Azərbaycan nefti Kaqamlık dəmiryolu stansiyasında (Kremençuq Neft Emalı Zavodu) FCA (Free Carrier) şərtləri ilə satılır. Resurs sentyabrın 14-dən oktyabrın 14-dək daşınacaq.

Qeyd edək ki, "Ukrtransnafta” şirkəti Ukraynada neft nəqliyyat sisteminin operatorudur. 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol