• $
  • €
  • ₽
  • ₺
  • £

Azercell-in 4G sürəti indi Gəncədə!

Azercell-in 4G sürəti indi Gəncədə!
15.09.2017 15:15
Lider mobil operator Azərbaycanın ikinci ən böyük şəhərinin 99% ərazisini 4G şəbəkəsi ilə təmin etdi.

Yalnız paytaxt Bakını deyil, ölkənin bütün bölgələrini yüksək sürətli mobil internet xidmətləri ilə təmin etməyi vəd etmiş Azercell Telekom artıq Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncədə 4G xidmətini abunəçilərinin ixtiyarına verib. Şəhərdə tam olaraq 23 baza stansiyası quraşdırılıb ki, bu da Gəncənin 99%-inin 4G şəbəkəsi ilə təmin olunması deməkdır. "Söz verdiyimiz kimi, Azercell regionlarda da 4G şəbəkəsini qurur və qədim şəhərimiz Gəncədəki abunəçilərimiz artıq bu xidmətdən faydalana biləcəklər.

Abunəçilərimizin yüksək sürətli mobil internetə olan tələbatı daim artdığına görə biz ölkə ərazisində 4G şəbəkəsini genişləndirməkdə davam edirik. Məqsədimiz odur ki, Azercell abunəçiləri bütün ölkə ərazisində yüksək keyfiyyətli xidmət və sürətli internetdən yararlana bilsinlər. Xoş bir məqamı da vurğulamaq istərdim ki, bir neçə gündən sonra, sentyabrın 17-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə Gəncədə marafon keçiriləcək. Azercell Telekom Gəncə Marafonunun əsas tərəfdaşıdır və biz çalışdıq ki, 4G şəbəkəsini məhz bu möhtəşəm tədbir ərəfəsində həm gəncəlilərin, həm də marafon iştirakçılarının istifadəsinə verək ” – deyə, şirkətin prezidenti Vahid Mürsəliyev bildirib.

Ümumilikdə, ölkədə ilk və ən böyük LTE (4G) şəbəkəsinə sahib olan Azercell mobil internetlə bağlı müsbət dinamikanı davam etdirir. 2017-ci ildə Azercell-in 4G internet istifadəçilərinin sayı ötən illə müqayisədə 5 dəfə artlb, mobil internetdən istifadə həcmi isə 55% çoxalıb. Ötən il ərzində Azercell 4G şəbəkəsini 84.1% gücləndirib. 2017-ci ilin sonuna qədər Azercell Telekom respublikada 127 ədəd 4G stansiyası istifadəyə verməyi planlaşdırıb ki, bunun da 33-ü Bakı, Abşeron və Sumqayıt, 94-ü isə bölgələrin payına düşür. Qeyd edək ki, Azercell Telekom şəbəkəsini genişləndirmək və xidmətlərin keyfiyyətini artırmaqla yanaşı, müştəriləri üçün sürətli interneti daha əlçatan və əlverişli etmək istəyir.

Bu məqsədilə şirkət öz abunəçiləri üçün müxtəlif qüzəştli tarif paketləri və eksklüziv kampaniyalar təklif edir. Azercell-in xidmətləri və tarifləri haqında daha ətraflı məlumatı www.azercell.com saytından əldə edə bilərsiz.
www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol