• $
  • €
  • ₽
  • ₺
  • £

“Apple” dəyərini itirdi

“Apple” dəyərini itirdi
23.09.2017 13:30
ABŞ-ın "Apple” korporasiyasının bazar dəyəri azalaraq, son 17 ayın ən neqativ göstəricisinə düşüb.  

anews.az Az-ın Lent.az-a istinadən verdiyi xəbərə görə, sentyabrın 22-də şirkət səhmlərinin dəyəri 1,6% azalıb, sentyabrın 18-dən bəri isə ümumilikdə səhmlər 5,2% ucuzlaşıb. Nəticədə korporasiyanın bazar dəyərində 43 milyard dollar dəyərində ucuzlaşma baş verib. 

Səbəb sentyabrın 22-də satışına başlanan yeni "Apple Watch” ağıllı saatlarında qüsur aşkarlanmasıdır. 

Belə ki, saatlarda şəbəkəyə qoşulma problemi var. Bundan başqa, analitiklər "iPhone 8”-lə bağlı neqativ proqnoz veriblər. Onların fikrincə, bu model "iPhone 7”dən çox az fərqlənir. Ekspertlər hesab edir ki, "Apple” pərəstişkarlarının əsas diqqətinin "iPhone X”-a yönəlməsi də "iPhone 8”-in satışına neqativ təsir göstərəcək. "iPhone X” noyabrın əvvəlində satışa çıxarılacaq.   

Qeyd edək ki, "iPhone X”, "iPhone 8” və 3-cü nəsil "Apple Watch” sentyabrın 12-də rəsmən təqdim olunub. 


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol