Qazaxıstanda benzin bahalaşıb

Bəzi yanacaqdoldurma məntəqələrində Ai-92 markalı benzinin bir litrinin qiyməti 151 tenge olub.
Qazaxıstanda benzinin satış qiyməti qalxıb.
"Report” "Sputnik” agentliyinə istinadən xəbər verir ki, bəzi yanacaqdoldurma məntəqələrində Ai-92 markalı benzinin bir litrinin qiyməti 151 tenge olub.
"Qazpromneft” Ai-95 markalı benizinin 1 litrini 164 tengeyə, Ai-92 benzinin 1 litrini 151 tengeyə, dizel yanacağının litrini isə 150 tengeyə təklif edir.
"Aurika” yanacaqdoldurma məntəqələrində isə bu qiymətlər müvafiq olaraq 169 tenge, 151 tenge, 159 tengedir.
"Royal Petrol”un yanacaqdoldurma məntəqələrində isə Ai-98 benzini 170 tengeyə, Ai-95 - 164 tengeyə, Ai-92 - 150 tengeyə, dizel yanacağı 148 tengeyə satılır.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının bu günə olan məlumatına görə, 1 Qazaxıstan tengesinin məzənnəsi 0,0050 manatdır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 13:41
Fariz Əliyev: Azərbaycan Orta Dəhlizi yüksək əlavə dəyər yaradan iqtisadi dəhlizə çevirməyi hədəfləyir

İqtisadiyyat 13:00
Kamal Abbasov: Azərbaycan İtaliya ilə yaşıl enerji layihələrini genişləndirmək niyyətindədir

İqtisadiyyat 11:56
Mikayıl Cabbarov: Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi 9 milyard dolları ötüb

İqtisadiyyat 11:49
Antonio Tajani: İtaliyanın Azərbaycana ixracı yüksək keyfiyyətli məhsullarla genişləndirilə bilər




















