• $
  • €
  • ₽
  • ₺
  • £

Bayılın ən gözəl yaşayış binaları təhvil verildi!

Bayılın ən gözəl yaşayış binaları təhvil verildi!
07.10.2017 14:38
"Kristal Abşeron” şirkəti yaşayış binalarını vaxtında tikib təhvil verməsilə də tanınır. Şirkət bu ilin Avqust ayında Bayıl layihəsini təhvil verərək bir daha etibarlılığını sübut edib. Artıq sakinlər öz tam təmirli mənzillərinə köçməyə başlayıblar.

"Kristal Abşeron”un Səbail rayonu, Yeni Salyan yolu 16, 16A, 16B (Dövlət Bayraq Meydanı yaxınlığında) tikdiyi binalar Bayılın ən gözəl yaşayış binalarındandır. Hər biri 16 mərtəbəli olan 3 binadan ibarət yaşayış kompleksi bir memarlıq əsəridir. Möhtəşəm xarici görünüşə malik olan binalar, Bakımızın müasir görkəminə məxsusi gözəllik qatır.

Yaşayış kompleksi Bulvara və Bakının mərkəzinə çox yaxın məsafədə yerləşir. Bu yaşayış kompleksindən metronun "İçəri Şəhər” və "Sahil” stansiyalarına 5 dəqiqə ərzində çatmaq mümkündür.

Kompleksin həyətində geniş yaşıllıq sahədə uşaq meydançası və ikimərtəbəli müasir uşaq bağçası olacaq. Yaxınlıqda bir neçə orta məktəb yerləşir. 

AYLIQ 449 MANAT ÖDƏNİŞ!

Özü və yeri gözəl olan binalarda mənzillərin əksərtiyyəti satılıb. Az sayda qalan tam təmirli mənzillər fürsəti düzgün qiymətləndirəcək alıcıların olacaqdır. Mənzillər 25 illik ipoteka ilə təklif edildiyindən, ilkin 15870 manat, aylıq isə 449 manat ödəməklə bu binalarda 1 otaqlı 52.9 kv.m mənzilə sahibi ola bilərsiniz. Bayıl layihəsində 2 otaqlı 72.09 kv.m mənzilin ilkin ödənişi 21 627 manat, 25 illik olmaqla aylıq ödənişi isə  612 manatdır.

TAM TƏMİRLİ VƏ "KUPÇA”LI MƏNZİLLƏR
 

Mənzillər təmirli şəkildə təhvil verilir. Təmirə Belarusiya istehsalı mənzilin daxili qapıları, Türkiyə istehsalı giriş qapısı, Alman texnologiyası ilə istehsal olunmuş plastik qapı və pəncərələr, İtaliya istehsalı oboylar, Türkiyənin E.C.A. firmasının istehsalı hamam aksesuarları, İspaniya istehsalı kafel - metlax, parket döşəmə(palıd), istilik radiatorları və s. daxildir. Kristal Abşeron-un digər layihələrində olduğu kimi, Bayıl layihəsində də Texnonikol şirkətinin izolyasiya sistemlərindən istifadə olunur. Qarşıdan gələn qış aylarında izolyasiya sistemi mənzilləri isti saxlamağa və enerji xərclərinə qənaət etməyə imkan verəcəkdir.

Təmirli mənzillər sakinlərə təhvil verilən zaman bütün kömunal xidmətlər ilə təmin olunur (qaz,daimi isti su,işıq)

Yaxın günlərdə bina sakinləri Əmlakın Dövlət Reyestrindən çıxarışla (Kupça) təmin olunacaqlar.

Kristal Abşeron  Bakı, Sumqayıt və Xırdalan şəhərlərində müxtəlif gəlirli insanlar üçün yaşayış komplekslərinin inşasını davam etdirir. Şirkətin layihələrində hər bir büdcəyə uyğun mənzillər mövcuddur. Hazırda davam edən "Payız” kampaniyasından yararlanaraq münasib aylıq ödənişlə tam təmirli mənzilə sahib olmaq mümkündür.

Layihələr barədə daha ətraflı: www.facebook.com/KristalAbsheron/?fref=ts

www.kristalabsheron.az/

Telefon: *1544 (Çağrı Mərkəzi)
0125815828,  0502971010 (Bayıl filialı)


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol