• $
  • €
  • ₽
  • ₺
  • £

Ölkənin regional hava limanları ilə bağlı XƏBƏR

Ölkənin regional hava limanları ilə bağlı XƏBƏR
29.05.2020 01:18
Azərbaycana gələn turistlərin sayının artırılması üçün ölkədəki regional hava limanlarının imkanlarından daha aktiv şəkildə istifadə olunma üzərində iş aparılır.

Bunu Azərbaycanın mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov Trend-in sualına cavab olaraq deyib.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli, 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq, Azərbaycan Respublikasının Turizm Şurası nəzdində Liberal hava nəqliyyatının əldə edilməsi üzrə İşçi Qrupu yaradılıb: "İşçi Qrupun 2 iclası keçirilib. Burada bu sahə ilə məşğul olan bütün dövlət qurumları təmsil olunur. Onlar bu məsələ ilə bağlı öz töhfəsini verirlər. Məlumdur ki, bu il milli loukoster şirkəti fəaliyyətə başlayıb və Heydər Əliyev Beynəlxalq Hava Limanının sərnişin daşıma dinamikasında artım müşahidə edilir. Biz Azərbaycanda olan imkanlardan istifadə etsək də, yenə də müəyyən həll edilməmiş məsələlər qalıb. İşçi Qrup hazırda onların üzərində işləyir”.

N.Səmədov deyib ki, İşçi Qrupun üzərində işlədiyi məsələlər uçuşların cədvəllərinin optimallaşdırılması, onların daha rahat şəkildə turistlərə təqdim edilməsi, Azərbaycanın mərkəzə, yəni avia xap statusu olan ölkəyə çevrilməsi, loukosterlərin cəlb edilməsi, regional hava limanlarının daha aktiv şəkildə istifadə olunması və sairdir: "Bu ilin sonunda İşçi Qrup üzrə hesabat hazırlanacaq və ictimaiyyətə təqdim olunacaq”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol