• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda dizelin qiyməti qalxacaq?

Azərbaycanda dizelin qiyməti qalxacaq?
21.11.2017 09:49
Xəbər verdiyimiz kimi, Azərbaycanda "Aİ-95" (”Premium") və "Ai-98" (”Super") markalı benzin bahalaşıb. Hər iki markadan olan benzinin 1 litrinin pərakəndə satış qiyməti 0,20 manat artaraq müvafiq olaraq 1,25 və 1,50 manata çatıb. Bu benzin növləri ölkəmizə xaricdən idxal olunur. İdxalçılar qiymət artımını mənbə ölkələrdə (əsasən Rumıniya) bahalaşma ilə əlaqələndirir.
 
İdxalçılar iddia edir ki, bu markadan olan benzin sürücülərin az bir qismi tərəfindən istehlak olunur. Bundan başqa, o da vurğulanır ki, qiyməti dövlət (Tarif Şurası) tərəfindən tənzimlənən "Aİ-92" markalı benzində və dizel yanacağında bahalaşma gözlənilmir.
 
Qeyd edək ki, iqtisadçılar bunun əksini düşünür. Bu bahalaşma dalğasının digər yanacaq növlərinə də sirayət edəcəyi ilə bağlı proqnoz verirlər. Bəs görəsən, növbəti dövrdə hansı yanacaq növü bahalaşa bilər? Əsasən də hamının narahatlıqla gözlədiyi dizelin qiyməti arta bilərmi?
 
Anews.az xəbər verir ki, "Yeni Müsavat”a açıqlamasında bu sualı cavablandıran iqtisadçı ekspert Pərviz Heydərov bildirib ki, bu iki yanacaq növü sərbəst bazar qanunları əsasında dəyər tapır: "Aİ-95 ilə Aİ-98 markalı benzinlər qiymətləri hökumət tərəfindən tənzimlənməyən yanacaq növləridir. Bunlar sərbəst bazar qanunları əsasında dəyər tapır və üstəlik də, ölkəmizə kənardan gətirilir. Yəni daxildə istehsal olunmur. Lakin o da var ki, yanacağın sərbəst bazar qiymətlərinə satıldığı ölkələrə diqqət yetirsək, onlarda neftin qiyməti ilə, tələbatla və bir sıra digər amillərlə əlaqədar, tariflərin artdığının şahidi olsaq da, hərdən ucuzlaşdığını da görürük. Bizdə isə bu, baş vermir. Məsələn, Aİ-95 markalı benzin qiyməti sərbəstləşdirildikdən sonra tədricən bahalaşaraq 1,15 manata qədər gəlib çıxsa da, bir dəfə də olsa ucuzlaşma baş vermədi. Halbuki Aİ-95 işlədənlərin çoxu hətta Aİ-92-yə keçdi. Yəni ki, tələbat da azaldı. Amma yenə də qiymət enişi baş vermədi...”
 
İqtisadçı bildirib ki, bu gün qonşu Gürcüstanda və Rusiyada yanacağın qiymətində bahalaşma var: "Bu, müxtəlif səbəblərlə əlaqədardır. Bizdə bu il tənzimlənən yanacaq qiymətləri arasında Aİ-92 bir dəfə bahalaşdı. Belə ki, 70 qəpikdən 90 qəpiyə qalxdı. Bu da gözlənilən idi. Çünki Aİ-95 bir müddət əvvəl 1,15 azn-ə qalxanda artıq aydın idi ki, Aİ-92 də bahalaşacaq və 90 qəpik olacaq. Bayaq da qeyd etdim ki, Aİ-95 işlədənlərin çoxu Aİ-92-yə keçdi. Aİ-92-nin isə bazarda satış payı onsuz da 80-85 % təşkil edirdi. Bu isə o demək idi ki, Aİ-95-ə tələbat azalsa da, hərçənd ki, yenə qeyd edirəm, qiymət düşmədi, Aİ-92-yə isə tələb genişləndi. Odur ki, qonşu ölkələrdə yanacaq bahalaşmasaydı belə, bizdə növbəti qiymət artımının dizel yanacağı üzrə olacağını proqnoz etmişdim. Aİ-95 ilə Aİ-98-ə gəldikdə isə onların qiymət artımı elə proqnozun gec-tez doğrulacağını bir daha təsdiq edir”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol