• $
  • €
  • ₽
  • ₺
  • £

Bakının bu mağazasında köhnə və yuyulmuş mallar satılır

Bakının bu mağazasında köhnə və yuyulmuş mallar satılır
26.11.2017 15:14
"Outlet" mağazasında köhnə, yuyulmuş mallar satılır.


"Qaynarinfo” xəbər verir ki, bu barədə "Azad İstehlakçılar" İctimai Birliyinin (AİİB) sədri Eyub Hüseynov məlumat yayıb.
 
Ekspert bildirib ki, Bakı şəhəri Xətai rayon sakini K. Əhmədov(istehlakçı adının və telefonunun verilməməsini xahiş edib) ərizə yazaraq onlara şəhərdəki mağazalardan birindən şikayətini bildirmişdi. 
 
Belə ki, istehlakçı Xətai rayonu M. Hadi küçəsi 55 ünvanında yerləşən "Outlet” mağazasından 88 AZN ödəyərək 2 gödəkçə aldığını deyir. Lakin evə apardıqdan sonra gödəkçənin geyinilmiş, köhnə mal olduğunu gördüyünü və geri qaytarmaq üçün mağazaya getdiyini bildirir. Mağazanın satıcısı gödəkçənin həqiqətən də köhnə olduğunu etiraf etsə də, onu qaytarmaqdan imtina edib. 
 
AİİB bu şikayəti mediasiya yolu ilə həll edə bilmədiyi üçün İqtisadiyyat Nazirliyi Antiinhisar siyasəti və istehlakçıların hüquqlarının müdafiəsi xidmətinə rəsmi müraciət ünvanlayıb. 
 
AİİB istehlakçılara müraciət edərək, diqqətli olmağa çağırıb: "Hörmətli istehlakçılar, diqqətli olun, sizi hər yerdə aldatmağa cəhd göstərirlər".

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol