• $
  • €
  • ₽
  • ₺
  • £

“Feysbukun Azərbaycanda ofisi açılmalıdır” - Təklif

“Feysbukun Azərbaycanda ofisi açılmalıdır” - Təklif
30.11.2017 09:54
"İnternetdə uşaq və yeniyetmələrin təhlükəli informasiyalardan qorunması ciddi əhəmiyyət kəsb edir. Hesab edirəm ki, müvafiq icra hakimiyyəti orqanlarının bu tip məsələlərə, yəni internet resurslarında uşaq və yeniyetmələrin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı məsələlərə daha ciddi diqqət yetirməsi doğru olar".
 
Anews.az xəbər verir ki, bunu Trend-ə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib. O.Gündüz bildirib ki, hazırda uşaqların və yeniyetmələrin psixologiyasına mənfi təsir edən xeyli internet informasiya resursları var: "Bununla bağlı monitorinqlərin aparılması və bu monitorinqlərin nəticələrinin açıqlanması düzgün olardı. İnternet provayderlərə uşaq və yeniyetmələrə ziyanlı məlumatlarla bağlı xəbərdarlıq edilməlidir və bu saytların bağlanması üçün məhkəməyə, aidiyyatı qurumlara müraciət olunmalıdır".
 
O.Gündüz həmçinin sosial şəbəkələrdə uşaq və yeniyetmələrlə bağlı baş verən mənfi hallara da münasibət bildirib.
 
O qeyd edib ki, bu şəbəkələr xarici informasiya resurslarıdır: "Təbii ki, orada fərdi bloklama məsələləri problem yaratdığından daha çox maarifləndirmə işlərinə üstünlük verilməlidir. Bu istiqamətdə komlpeks işlər aparılmalıdır. Yəni valideynlər, məktəb, ictimaiyyət, medianın üzərinə burada ciddi iş düşür. Hökumət özü də bu cür qlobal resursların sahibləri ilə əməkdaşlıq etməlidir, çünki burada müəyyən addımların atılması zəruridir. Onların Azərbaycanda ofisləri açılmalıdır, serverləri bura gətirilməlidir, yəni əməkdaşlıq, maarifləndirmə daha düzgün istiqamətdir".
 
Azyaşlıların sosial şəbəkələrə girişinin məhdudlaşdırılması məsələsinə gəlincə, O.Gündüz qeyd edib ki, bir sıra sosial şəbəkələr girişə yaş məhdudiyyəti qoysa da, bunu tənzimləmək mümkün deyil: "Məsələn, "Facebook" 13 yaşdan aşağı uşaqların şəbəkəyə girişinə icazə vermir, lakin istifadəçi yaşını artıq göstərərək daxil olur. Buna sosial şəbəkələr nəzarət edə bilmirlər. Ona görə də bu istiqamətdə valideyn, məktəb, cəmiyyət maarifləndirmə işləri aparmalıdır".

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol