• $
  • €
  • ₽
  • ₺
  • £

Azercell-dən korporativ müştərilərinə xüsusi hədiyyə - FOTOLAR

Azercell-dən korporativ müştərilərinə xüsusi hədiyyə - FOTOLAR
01.12.2017 14:40
Şirkətin dəvətilə dünya şöhrətli Marketinq təlimçisi Bakıda 2 günlük seminar keçirdi.

Azərbaycanın lider mobil operatoru Azercell Telekom fəaliyyət göstərdiyi gündən etibarən abunəçilərinə, eləcə də, korporativ sektor müştərilərinə böyük qayğı ilə yanaşıb, onların uğurlu biznes fəaliyyətində bir tərəfdaş kimi çıxış edib. Müxtəlif innovativ layihələrin müəllifi olan Azercell bu dəfə korporativ abunəçiləri üçün "Uğurlu marketinq vasitələri” adlı xüsusi seminar təşkil edib. "Uğurlu marketinq vasitələri” adlı seminar satış və biznesin səmərəliliyinin artırılmasına imkan verən servis, xidmət və vasitələrin unikal platformasının təsisçisi, biznes təlimatçı İqor Mann tərəfindən aparılıb. Noyabrın 28-i və 29-da Boulevard Oteldə baş tutan seminarda Azercell Telekom MMC-nin prezidenti Vahid Mürsəliyev də iştirak edib. Vahid Mürsəliyev Azercell Telekom MMC-nin korporativ abunəçiləri üçün indiyə qədər həyata keçirdiyi layihələrdən söz açıb:

"Korporativ abunəçilərimiz üçün həyata keçiriyimiz layihələr, gördüyümüz işlər öz töhfəsini verib. Belə ki, 2017-ci ildə 1300-ə yaxın yeni şirkət Azercell-in korporativ müştəriləri sırasına qatılıb. Uğurlu biznesin təşkili və idarəedilməsində düzgün marketinq strategiyasının müəyyən edilməsinin vacibliyini nəzərə alaraq bugünkü seminarı təşkil etdik.”

Məlumat üçün bildirək ki, Azercell tərəfindən təşkil olunan seminarın təlimçisi İqor Mann İqtisad elmləri namizədi, "Synergy" Biznes Məktəbinin fəxri professorudu.

İ. Mann eyni zamanda Marketoloqlar Gildiyasının "Marketinqdə Əməkdaşlıq" mükafatının laureatı, "Mann, İvanov və Ferber" kitabını müəllifi, həmçinin PushBooks.ru

nəşriyyatlarının təsisçisi, şirkətlərin satış və biznes səmərəliliyinin artırılmasına imkan verən servis, xidmət, texnologiya və vasitələrin unikal platforması olan Krostu.com səhifəsinin baş konstruktoru və həmtəsisçisidir.

Qeyd edək ki, iki gün davam edən seminara ölkədə fəaliyyət göstərən 300-dən artıq şirkətdən 500-dən çox əməkdaş qatılıb. Azercell şirkəti bundan sonra da korporativ abunəçiləri üçün bu qəbildən olan təlim və proqramların təşkilini planlaşdırır.
 




www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol