• $
  • €
  • ₽
  • ₺
  • £

"Uber" və "Taxify" nağd ödəniş sisteminə keçir

"Uber" və "Taxify" nağd ödəniş sisteminə keçir
04.12.2017 10:32
Məlumdur ki, dekabrın 1-dən "Uber" və "Taxify" müştəriləri üçün taksi xidməti nağdsız hesablaşmalar zamanı 18% bahalaşıb. 

Bu, nağdsız hesablaşmadan istifadə edən taksi müştərilərinə 18% həcmində ƏDV-nin tətbiqi ilə əlaqədardır.

"Uber" çıxış yolu kimi nağd ödəniş imkanını aktivləşdirib.

Marja.az xəbər verir ki, sərnişinlərin "Uber"in partnyorlarına (taksi sürücülərinə) səfər üçün birbaşa nağd ödəniş etmək seçimləri var. Sürücü nağd ödənişli səfərlər üçün səfərin sonunda gediş haqqını almaq və düzgün qalıq məbləğini qaytarmaq öhdəliyi daşıyır.

Məlumata görə, "Uber" və "Taxify" müştərilərini nağd hesablaşmaya təhrik edirlər. Sərnişin götürülən zaman ondan səfərin gediş haqqını nağd ödəyib-ödəməyəcəyi soruşulur.

"Uber" ötən ilin yayında da bəyan etmişdi ki, Bakıda yeni nağd ödəniş sistemini istifadəyə verib.
"İstifadəçilər ödəniş növünü seçmək, sürücülər isə gündəlik xərcləri üçün müəyyən məbləğdə nağd vəsait arzusundadırlar. Beləliklə, nağd hesablaşmanın tətbiqinə görə Bakı sayca ilk paytaxt və Yekaterinburqdan sonra ikinci şəhər oldu.

Artıq test rejimində fəaliyyət göstərən "nağd ödəniş” opsiyası adi kart ödənişi ilə paralel əlçatan olacaq. Nağd ödəniş həyata keçirmək üçün istifadəçi tətbiq vasitəsilə avtomobili sifariş etdiyi zaman arzuladığı ödəniş növünü seçməlidir", - şirkətin açıqlamasında deyilirdi.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fariz Əliyev: Azərbaycan Orta Dəhlizi yüksək əlavə dəyər yaradan iqtisadi dəhlizə çevirməyi hədəfləyir
İqtisadiyyat 13:41
Fariz Əliyev: Azərbaycan Orta Dəhlizi yüksək əlavə dəyər yaradan iqtisadi dəhlizə çevirməyi hədəfləyir
Azərbaycan Avropaya 2-3 QVt yaşıl enerji ixrac etməyi planlaşdırır
İqtisadiyyat 13:10
Azərbaycan Avropaya 2-3 QVt yaşıl enerji ixrac etməyi planlaşdırır
Kamal Abbasov: Azərbaycan İtaliya ilə yaşıl enerji layihələrini genişləndirmək niyyətindədir
İqtisadiyyat 13:00
Kamal Abbasov: Azərbaycan İtaliya ilə yaşıl enerji layihələrini genişləndirmək niyyətindədir
Matteo Zoppas: İtaliyanın Azərbaycana ixracı 440 milyon avroya çatıb
İqtisadiyyat 12:10
Matteo Zoppas: İtaliyanın Azərbaycana ixracı 440 milyon avroya çatıb
Mikayıl Cabbarov: Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi 9 milyard dolları ötüb
İqtisadiyyat 11:56
Mikayıl Cabbarov: Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi 9 milyard dolları ötüb
Antonio Tajani: İtaliyanın Azərbaycana ixracı yüksək keyfiyyətli məhsullarla genişləndirilə bilər
İqtisadiyyat 11:49
Antonio Tajani: İtaliyanın Azərbaycana ixracı yüksək keyfiyyətli məhsullarla genişləndirilə bilər
ARDNF İtaliya aktivlərinə 2,8 milyard dollar yatırıb
İqtisadiyyat 11:44
ARDNF İtaliya aktivlərinə 2,8 milyard dollar yatırıb
Mikayıl Cabbarov: Azərbaycan İtaliya iqtisadiyyatına 3 milyard dollar sərmayə yatırıb
İqtisadiyyat 11:42
Mikayıl Cabbarov: Azərbaycan İtaliya iqtisadiyyatına 3 milyard dollar sərmayə yatırıb
Mikayıl Cabbarov: 2027-ci ildən texnologiya parklarına 20 ilədək vergi güzəşti tətbiq ediləcək
İqtisadiyyat 11:39
Mikayıl Cabbarov: 2027-ci ildən texnologiya parklarına 20 ilədək vergi güzəşti tətbiq ediləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol