• $
  • €
  • ₽
  • ₺
  • £

“Şuşa” tankeri təmir olunub

“Şuşa” tankeri təmir olunub
04.12.2017 18:32
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin nəqliyyat donanmasına məxsus "Şuşa” tankeri təmir olunub.

QSC-dən AzVision.az-a verilən məlumata görə, tankerin sualtı və suüstü hissələri təmizlənərək rənglənib. Avar vallarının, pərlərin, baş göyərtədə buxar borusu, köməkçi qazanların klapanları, baş və köməkçi mühərriklərdə yağ və hava soyuducuları əsaslı təmir olunub.

Üzən vasitənin idarəetmə sistemləri sazlanıb. Gövdə hissəsində lazımi gövdə-qaynaq işləri aparılıb. Tərsanə təmiri zamanı gəminin sualtı hissəsi, sükan və köməkçi qurğuları, kinqston qutuları, lövbər zəncirləri, nasoslar da təmir olunub. "Şuşa" tankerinin uzunluğu 149,9 metr, eni 17,3 metr, maksimal sürəti 12 uzeldir.

Xatırladaq ki, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin tanker donanması Xəzər hövzəsində aparıcı mövqeyə malikdir. Yükdaşımalarda xüsusi çəkisini saxlamaq üçün donanmanın yeni gəmilərlə zənginləşməsinə xüsusi əhəmiyət verilir. Yaxın gələcəkdə gəmiqayırmanın son nailiyyətləri əsasında inşa olunan yeni tankerlər hesabına donanmanın daha da gücləndirilməsi planlaşdırılır.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol