• $
  • €
  • ₽
  • ₺
  • £

“DəmirBank” açıqlama yayıb

“DəmirBank” açıqlama yayıb
04.12.2017 17:12
"Artıq uzun müddətdir ki, DəmirBank-ın sabiq filial müdiri Fərəh Rəşadətli və bir qrup şəxs ilə bağlı məhkəmə prosesi davam edir. DəmirBank 28 illik tarixi ərzində hər zaman qanun çərçivəsində fəaliyyət göstərib, bütün müştərilərin hüquqlarını qorumağa çalışmış və bununla yüz minlərlə müştərinin etimadını qazanıb. İstintaq başlandığı gündən Bank rəhbərliyi tərəfindən Bankın əməkdaşlıq etməyə hazır olduğu bildirilib və hüquq mühafizə orqanları tərəfindən tələb olunan bütün proseslərdə iştirak edilib”.
 
APA-nln xəbərinə görə, bu barədə "DəmirBank”ın sabiq filial müdiri Fərəh Rəşadətli ilə bağlı yaydığı açıqlamada bildirilir.
 
Açıqlamada qeyd olunub ki, proses başladığı müddətdən qanun çərçivəsində istənilən məlumatların açıqlanmasına Bank tərəfindən heç bir qadağa qoyulmamış və gələcəkdə də qoyulmayacaq: "Yol verilmiş qanun pozuntuları nəticəsində məhkəmə proseslərində iştirak edən şəxslərdən kənar heç bir Bank müştərisinin hüququ pozulmayıb, hesablarına müdaxilə edilməyib. Bununla yanaşı zərərçəkmiş qismində çıxış edən Banka dəyən maddi-mənəvi və imic zərərinə görə Bankın nümayəndəsi tərəfindən təqsirləndirilən şəxslərə qarşı məhkəmə iddiası qaldırılıb.  
 
Zəngin tarixə malik DəmirBank, Azərbaycanın aparıcı banklarından biri olmaqla, hazırda ölkə üzrə bir çox regionları əhatə etməklə geniş xidmət şəbəkəsinə malikdir.
Hazırda DəmirBank-ın səhmdarları arasında Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya Maliyyə Təşkilatı kimi beynəlxalq maliyyə institutları yer alır”.
 
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirləndirilən Fərəh Rəşadətli, Fariz Qarayev və Tamamgül Xanlarovanın cinayət işi üzrə məhkəmə iclası keçirilir.
 
Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın 3 milyon manatdan çox olduğu bildirilir.
 
Məhkəmədə F. Rəşadətli barəsində həbs qətimkan tədbiri seçilməsi barədə qərar qəbul edib. F. Rəşadətli məhkəmə zalında həbs edilib.
 
 
Qeyd edək ki, F. Rəşadətli "Dəmirbank”ın filial müdiri olub, T. Xanlarova bankda xəzinədar vəzifəsində çalışıb. F. Qarayev isə bankın əməkdaşı olub.
 
F. Rəşadətli mənimsəmə, digərləri isə vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunurlar.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol