• $
  • €
  • ₽
  • ₺
  • £

Komitə sədri: Kredit borcları ilə bağlı Milli Məclisə yüzlərlə müraciət daxil olur

Komitə sədri: Kredit borcları ilə bağlı Milli Məclisə yüzlərlə müraciət daxil olur
29.05.2020 08:17
Azərbaycanda son 20 ildə aparılmış iqtisadi islahatlar uğurlu olub.

anews.az Report-a istinadən xəbər verir ki, bunu bu gün Bakıda keçirilən "Azərbaycanda mikromaliyyənin gələcəyi: çətinlikləri və imkanlar” adlı V İnvestorlar Yarmarkasında Milli Məclisin İqtisadi siyasət, sahibkarlıq və sənaye Komitəsinin sədri Ziyad Səmədzadə deyib.

Onun sözlərinə görə, bu müddətdə ölkə iqtisadiyyatı sürətlə inkişaf edib, yoxsulluq həddi 51%-dən 6%-ə düşüb.

Bununla belə, Z.Səmədzadə qeyd edib ki, əhalinin böyük qisminin maliyyə qurumlarına, o cümlədən mikromaliyyə təşkilatlarına borclu olması, verilmiş kreditlərin bir hissəsinin vaxtının keçməsi narahatlıq doğurmalıdır: "Kredit borcları ilə bağlı Milli Məclisə yüzlərlə müraciət daxil olur. Bununla bağlı araşdırma aparılmalıdır ki, bəlkə, faizlər yüksək olub, bəlkə, borcalanlar düzgün qiymətləndirilməyib. Elə olsun ki, sabah bir daha problemli kreditlərlə üzləşməyək. Necə oldu ki, mənfəətlə işləyən banklar devalvasiyadan sonra bu vəziyyətə düşdülər, bu məsələlər təhlil edilməlidir. Amma yenə də ölkə iqtisadiyyatı inkişafdadır və tədricən maliyyə göstəriciləri yaxşılaşacaq”.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol