FES gələn il faizləri bu qədər artıracaq

Kredit dərəcələndirmə təşkilatı "Moody's Investor Service” Federal Ehtiyat Sisteminin (FES) 2018-ci ildə üç faiz artımına gedəcəyini açıqlayıb.
Anews.az xəbər verir ki, "Moody's” Asiya Mərkəzi Banklarının da FES ilə paralel faiz artımlarına gedəcəklərini bəyan edib. Xüsusilə bu sırada Çin və Hindistan Mərkəzi Bankları irəli sürülür.
Bu arada, FES-in Çikaqo üzrə rəhbəri Çarles Evans bildirib ki, 2018-ci ilin ortasına qədər faizlər artırılmamalıdır: "Fərz edək ki, 2018-ci ilin yarısına qədər gözləmə qərarı verdik və inflyasiyada artım müşahidə edildi. Həmin vaxt faizlərlə nəsə etmək olar. Hazırda inflyasiya səviyyəsi 2 faizlik hədəfimizdən geridə qalır.
Onu da bildirək ki, Evans Federal Açıq Bazar Komitəsinin 12-13 dekabrda keçiriləcək iclasında səsvermə hüququna sahibdir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 13:41
Fariz Əliyev: Azərbaycan Orta Dəhlizi yüksək əlavə dəyər yaradan iqtisadi dəhlizə çevirməyi hədəfləyir

İqtisadiyyat 13:00
Kamal Abbasov: Azərbaycan İtaliya ilə yaşıl enerji layihələrini genişləndirmək niyyətindədir

İqtisadiyyat 11:56
Mikayıl Cabbarov: Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi 9 milyard dolları ötüb

İqtisadiyyat 11:49
Antonio Tajani: İtaliyanın Azərbaycana ixracı yüksək keyfiyyətli məhsullarla genişləndirilə bilər
Son xəbərlər 
Daha çox 



















