• $
  • €
  • ₽
  • ₺
  • £

ADB Azərbaycan hökumətinə 250 mln. dollar ayırıb

ADB Azərbaycan hökumətinə 250 mln. dollar ayırıb
06.12.2017 13:29
Asiya İnkişaf Bankı (Asian Development Bank, ADB) Direktorlar Şurası Azərbaycana 250 mln. dollar dəyərində kreditin ayrılmasını təsdiq edib.
 
Bankdan "APA-Economics"ə verilən xəbərə görə, kredit Azərbaycan hökumətinə dövlət sektorunda idarəetmənin təkmilləşdirilməsi və özəl sektorun iştirakı ilə iqtisadiyyatın diversifikasiyasına dəstək məqsədilə ayrılıb.

"Azərbaycanın hərtərəfli islahat proqramı ölkə iqtisadiyyatını modernləşdirəcək və orta müddətdən uzunmüddətli dövrə qədər inklüziv inkişafa dəstək olacaq. Asiya İnkişaf Bankının dəstəyi ilə Azərbaycanda dövlət sektorunun səmərəliliyi, o cümlədən maliyyəyə çıxış imkanları artaraq kiçik biznes üçün əlverişli şərait yaranacaq", - deyə ADB-nin Mərkəzi və Qərbi Asiya departamentinin baş direktoru Şon O’Sullivan deyib.

"İdarəetmə və dövlət sektorunun səmərəliliyinin artırılması proqramı"nın birinci altproqramı Azərbaycanda fiskal konsolidasiya və iqtisadiyyatın diversifikasiyasına yönəlib. 2018-ci ildən həyata keçirilməsi planlaşdırılan ikinci altproqram isə birinci proqram çərçivəsində inkişafı möhkəmləndirəcək.
 
Qeyd edək ki, ADB-yə üzv olduğu 1998-ci ildən bu günə qədər Azərbaycana 4,1 mlrd. dollar dəyərində qrant və kreditlər ayrılıb.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol