• $
  • €
  • ₽
  • ₺
  • £

“Azerfon” yeni baş icraçı direktorun təyin olunduğunu elan edir

“Azerfon” yeni baş icraçı direktorun təyin olunduğunu elan edir
06.12.2017 14:01
5 Dekabr 2017-ci il tarixdə "Azerfon” MMC ("Nar”) Dr. Qunnar Pankenin şirkətin yeni baş icraçı direktoru vəzifəsinə təyin olunduğunu elan edib.

"Azerfon” şirkətinin baş icraçı direktoru vəzifəsinə təyinatından öncə, cənab Panke İran telekommunikasiya şirkətində (TCI) strategiya, marketinq və müştəri təcrübəsi üzrə direktor vəzifəsində çalışıb. O, sabit və mobil telekommunikasiya, internet və media/TV sahəsində 20 illik təcrübəyə malikdir. Qunnar Panke Almaniya, Fransa, Şərqi Avropa, Latın Amerikası və Yaxın Şərq ölkələrinin bir-birindən fərqli rabitə bazarlarında zəngin iş təcrübəsi qazanmışdır. Biznes strategiyasının inkişafı, həyata keçirilməsi və monitorinqi sahəsində dərin bilik və təcrübəyə sahib olmaqla yanaşı, o, həm də beynəlxalq miqyaslı ekspert kimi tanınır.

Qeyd edək ki, "Azerfon” şirkətinin sabiq baş icraçı direktoru Dr. Klaus Müller yeni karyera imkanları ilə əlaqədar şirkətdən ayrılıb. Onun şirkətə rəhbərlik etdiyi dövr ərzində "Azerfon” biznesin inkişaf etdirilməsi, gəlirlərin artımı və fəaliyyət effektivliyinin yüksəldilməsi baxımından əhəmiyyətli nailiyyətlərə imza atıb.

"Azerfon” istedadlı və peşəkar kadrlardan ibarət bir kollektivdir. Bu komanda ilə və şirkətin baş icraçı direktoru vəzifəsində çalışdığım müddət ərzində əldə etdiyimiz nəticələrə görə qürur hissi keçirirəm. İnanıram ki, Qunnar Pankenin rəhbərliyi altında şirkət yeni zirvələr fəth edəcək”, – deyə Klaus Müller yeni təyinatı şərh edərkən vurğulayıb.

Müsbət tendensiyanın davam etdirilməsi məqsədilə yeni təyin olunmuş baş icraçı direktor Qunnar Panke də, öz növbəsində, fikirlərini bölüşüb: "İlk öncə, mən cənab Klaus Müllerə dərin təşəkkürümü bildirirəm. Əminliklə bildirmək istəyirəm ki, istifadəçilərimiz üçün ən sərfəli qiymətlər strategiyası, müştəriyönümlü xidmətlər və keyfiyyətin davamlı yüksəldilməsi strategiyasına sadiq qalacağıq”.

"Azerfon” şirkəti 21 mart 2007-ci ildə "Nar Mobile” ticarət nişanı ilə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən "HD-Voice” (High Definition Voice) xidmətini təqdim edib. "Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6000-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
SOCAR enerji saxlama texnologiyalarının tətbiqini araşdırır
İqtisadiyyat 15:29
SOCAR enerji saxlama texnologiyalarının tətbiqini araşdırır
SOCAR 2027-ci ildə iki geotermal layihənin işlənməsinə başlayacaq
İqtisadiyyat 15:18
SOCAR 2027-ci ildə iki geotermal layihənin işlənməsinə başlayacaq
Azərbaycan TAP vasitəsilə İtaliyaya 51 milyard kubmetrdən çox qaz ixrac edib
İqtisadiyyat 14:43
Azərbaycan TAP vasitəsilə İtaliyaya 51 milyard kubmetrdən çox qaz ixrac edib
Fariz Əliyev: Azərbaycan Orta Dəhlizi yüksək əlavə dəyər yaradan iqtisadi dəhlizə çevirməyi hədəfləyir
İqtisadiyyat 13:41
Fariz Əliyev: Azərbaycan Orta Dəhlizi yüksək əlavə dəyər yaradan iqtisadi dəhlizə çevirməyi hədəfləyir
Azərbaycan Avropaya 2-3 QVt yaşıl enerji ixrac etməyi planlaşdırır
İqtisadiyyat 13:10
Azərbaycan Avropaya 2-3 QVt yaşıl enerji ixrac etməyi planlaşdırır
Kamal Abbasov: Azərbaycan İtaliya ilə yaşıl enerji layihələrini genişləndirmək niyyətindədir
İqtisadiyyat 13:00
Kamal Abbasov: Azərbaycan İtaliya ilə yaşıl enerji layihələrini genişləndirmək niyyətindədir
Matteo Zoppas: İtaliyanın Azərbaycana ixracı 440 milyon avroya çatıb
İqtisadiyyat 12:10
Matteo Zoppas: İtaliyanın Azərbaycana ixracı 440 milyon avroya çatıb
Mikayıl Cabbarov: Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi 9 milyard dolları ötüb
İqtisadiyyat 11:56
Mikayıl Cabbarov: Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi 9 milyard dolları ötüb
Antonio Tajani: İtaliyanın Azərbaycana ixracı yüksək keyfiyyətli məhsullarla genişləndirilə bilər
İqtisadiyyat 11:49
Antonio Tajani: İtaliyanın Azərbaycana ixracı yüksək keyfiyyətli məhsullarla genişləndirilə bilər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol