• $
  • €
  • ₽
  • ₺
  • £

Evlərin qiyməti niyə ucuzlaşmır?

Evlərin qiyməti niyə ucuzlaşmır?
11.12.2017 14:30
Bir zamanlar əsas investisiya istiqamətlərindən olan daşınmaz əmlak bazarında  durğunluq müşahidə edilməkdədir. Bu seqmentdə vəziyyətin,eləcə də  qiymətlərin necə dəyişəcəyi sual olaraq qalır. 

Oxu.Az-a bazarı şərh edən daşınmaz əmlak bazarı üzrə ekspert Rəşad Əliyev bildirdi ki, bazarda ilin əvvəlindən 2 mühüm amil müşahidə edilir: "Onlardan biri ipoteka kreditləşməsi sahəsində olan böyük dəyişikliklərdir. Əvvəlki illərə nisbətdə kreditləşmə daha aktivdir və statistika da bunu təsdiqləyir. Gözləniləndir ki, bu il verilmiş kredit məbləğlərinin həcmi pik nöqtəyə çatsın”. 

Ekspertin sözlərinə görə,  ipoteka rkreditləşməsi məbləğinin artırılması (məsələn adi ipoteka kreditləri üzrə kredit məbləği 150 min manata qaldırılıb) daha yüksək keyfiyyətli və bahalı mənzillərin alınmasına: "Üstəlik şərtlərə əsasən yeni tikilən binalardan da mənzil almaq mümkündür. Bu, öz növbəsində ilkin bazara az da olsa müsbət təsir etməyə başlayıb”.

R.Əliyev bir sıra ərazilərdə aparılan söküntü işlərinin bazara təsirlərinə də toxundu: "Bu, ilk növbədə kirayə bazarına üz tutanların sayını artırıb. Eyni zamanda keyfiyyəti aşağı, (xruşovkalar və s.) eləcə də qiyməti ucuz olan mənzillərin təklifini azaldıb.  Söhbət şəhərətrafı yox, məhz  şəhər içi təkliflərdən gedir. Bu 2 amildən başqa bazara təsir edən digər amillərdə var. Məsələn makroiqtisadi şərait. Bu amilin bazara mənfi  təsirləri davam edir”.

O ki qaldı bazardakı qiymətlərin hansı istiqamətdə hərəkət etməsinə,  R.Əliyev deyir ki, bazarda ucuzlaşma gözlənilsə də, bu baş vermədi: "Səbəb də yuxarıda adlarını çəkdiyim amillərdir.  Belə ki, ipoteka kreditləşməsi və söküntü işləri bazara təsir edib.  Bazarda ümumi qiymət səviyyəsi stabil qalsa da müxtəlif seqmentlərdə əks tərəfli hərəkətlər olub”. 

R.Əliyevin sözlərinə görə, hazırda diqqətlər ilkin bazara yönəlib: "Bildiyiniz kimi yeni tikililərdə mənzil satışının yeni qaydaları tətbiq olunmalıdır. Bu qaydalar təsdiqlənərsə, bazarda böyük dəyişikliklərin şahidi olacağıq”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol