• $
  • €
  • ₽
  • ₺
  • £

Nazir: "Statoil" hələ uzun müddət Azərbaycanın tərəfdaşı olacaq"

Nazir: "Statoil" hələ uzun müddət Azərbaycanın tərəfdaşı olacaq"
13.12.2017 19:20
Energetika naziri Pərviz Şahbazov "Statoil” şirkətinin Azərbaycan üzrə meneceri Favad Qureyşini qəbul edib.

Energetika Nazirliyinin mətbuat xidmətindən "APA-Economics"ə verilən məlumata görə, F.Qureyşi Azərbaycanın energetika naziri vəzifəsinə təyin edilməsi münasibətilə P.Şahbazova təbriklərini çatdırıb. Azərbaycanda 25 illik fəaliyyəti ərzində "Statoil" şirkəti ilə Energetika Nazirliyi arasında yüksək əməkdaşlıq əlaqələrinin bundan sonra da möhkəmlənəcəyinə əminliyini ifadə edib.

F.Qureyşi Azərbaycanın təmsil etdiyi şirkət üçün çox mühüm ölkələrdən biri olduğunu vurğulayıb. "Statoil" şirkətinin Azəri-Çıraq-Günəşli (AÇG) yatağının işlənməsində iştirakı, Bakı-Tbilisi-Ceyhan boru kəməri şirkətinin tərəfdaşlarından biri kimi fəaliyyəti və "Qarabağ”, "Əşrəfi”, "Dan Ulduzu” kimi yataqların kəşfiyyatı ilə bağlı işlərə cəlbini uğurlu əməkdaşlığın töhfələri kimi qiymətləndirib. Şirkət rəsmisi Azərbaycanla əməkdaşlıqdan məmnunluğunu ifadə edib. "Statoil" şirkətinin bu tərəfdaşlığın gələcəkdə də davam etdirilməsi və genişləndirilməsi niyyətində olduğunu bildirib.

P.Şahbazov müstəqilliyin ilk illərindən "Statoil" şirkətinin Azərbaycanın neft-qaz sektoruna cəlb olunaraq, qabaqcıl təcrübə, yeni texnologiyaların tətbiqi və sərmayə yatırımını əhatə edən fəaliyyətini yüksək qiymətləndirib. Bu əməkdaşlığın hər iki tərəf üçün faydalı olduğunu qeyd edib. Nazir bildirib ki, yeni yataqların kəşfiyyatı və işlənməsi ilə bağlı layihələr "Statoil" şirkətinin hələ uzun müddət Azərbaycanın tərəfdaşı olmasını təmin edəcək. P.Şahbazov bu şirkətin Azərbaycandakı fəaliyyətinə Energetika Nazirliyinin lazımi dəstəyi bundan sonra da davam etdirəcəyini diqqətə çatdırıb.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol