• $
  • €
  • ₽
  • ₺
  • £

Xoşbəxt Yusifzadə: “Azərbaycanın böyük həcmdə qaz ehtiyatı var”

Xoşbəxt Yusifzadə: “Azərbaycanın böyük həcmdə qaz ehtiyatı var”
23.12.2017 13:31
"Cənub Qaz Dəhlizi layihəsinin işə salınması üçün 44-45 milyard dollar lazımdır. Bu vəsaitin 25 milyard dolları artıq xərclənib”.

"APA-Economics”in məlumatına görə, bunu Bakıda Yeni Azərbaycan Partiyası tərəfindən təkil olunan "Şərqlə Qərbin qovşağında-Yeni enerji və kommunikasiya imkanları” adlı konfransda SOCAR-ın I vitse-prezidenti Xoşbəxt Yusifzadə deyib.

Onun sözlərinə görə, bu layihə üzrə işlərin böyük hissəsi artıq görülüb. "2018-ci ildə TANAP, 2019-cu ildə isə TAP layihəsi hazır olacaq. Azərbaycan bu borular vasitəsi ilə Avropanı qazla təmin edəcək. Hərdən belə fikirlər səsləndirilir ki, bizdə o qədər həcmdə qaz olacaqmı? Biz bu boru xəttini doldura biləcəyikmi? Hər çıxışında prezident İlham Əliyev də təsdiq edir ki, Azərbaycanda təsdiq olunmuş qaz ehtiyatları həcmi 2,6 trilyon kubmetrdir. Təsdiq olunmamış qaz ehtiyatları və perspektivlərlə birlikdə 6 trilyon kubmetr qaz var. Odur ki, bizim bu kəmərləri doldurmağa qazımız olacaq. İran və Rusiyanın da gələcəkdə bu boru kəmərlərinə qoşulmaqla bağlı söhbətlər var. Bu ölkələr də bu layihələrə qoşulmasalar belə, bizim öz qazımız bu kəmərləri doldurmağa çatacaq.

Bizim böyük "Şahdəniz" qaz yatağımız var. Bu yataqa 1 trilyon 200 milyard kubmetr qaz, 240 milyon kondensat mövcuddur. Belə bir yataq dünyada açıq dənizdə demək olar ki, yoxdur. Odur ki, bizim "Şahdəniz" yatağımız kifayətdir ki, bu boruları qazla təmin eləsin. Bundan başqa, Azərbaycan öz gücü ilə Abşeronda qaz yataqları kəşf edib. Bu yataqlarda da qazın həcmi az deyil. "Ümid" yatağında 200 milyon kubmetr qaz, 40 milyon ton kondensat var. "Abşeron" yatağında 350 milyard qaz var, 70 milyard kubmetr qaz var. Bizim öz ehtiyatlarımızı da bu rəqəmlərin üzərinə gələndə bizim 100 ilə çatacaq qazımız var”. 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol