• $
  • €
  • ₽
  • ₺
  • £

İpoteka və Kredit Zəmanət Fondu yaradılıb

İpoteka və Kredit Zəmanət Fondu yaradılıb
26.12.2017 14:09
Ölkə başçısı İlham Əliyev "Azərbaycan İpoteka Fondu" ASC-nin yaradılması haqqında" prezidentin 2015-ci il 27 oktyabr tarixli 661 nömrəli fərmanında dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

"APA-Economics" xəbər verir ki, "Azərbaycan İpoteka Fondu" ASC-nin yaradılması haqqında" prezidentin 2015-ci il 27 oktyabr tarixli 661 nömrəli fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 10, maddə 1133; 2016, № 6, maddə 1036; 2017, № 4, maddə 525, № 7, maddə 1339; prezidentin 2017-ci il 27 noyabr tarixli 1690 nömrəli fərmanı) 1-ci, 2-ci və 7-ci hissələr, 3.1 – 3.4-cü, 3.6-cı, 4.1-ci və 5.1-ci bəndlər ləğv edilib.

Bundan başqa, 3.5-ci bənddə "Cəmiyyətin" sözü "Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun" sözləri ilə əvəzlənib.

4.8-ci bənddə "Cəmiyyətin" sözü "Fondun" sözü ilə əvəz edilib.

Nazirlər Kabineti prezidentin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini 3 ay müddətində hazırlayıb ölkə başçısına təqdim etməli, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını 3 ay müddətində təmin edib prezidentə məlumat verməlidir.

Nazirlər Kabineti mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamalı və bunun icrası barədə 5 ay müddətində prezidentə məlumat verəcək.

Ədliyyə Nazirliyinə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat vermək tapşırılıb.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol