• $
  • €
  • ₽
  • ₺
  • £

Naxçıvan - investisiya reytinqinin lideri

Naxçıvan - investisiya reytinqinin lideri
27.12.2017 16:07
Caspian Energy International Media Group Azərbaycan Respublikasının Prezidenti, Caspian European Club-un Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən iqtisadi islahatların və sosial siyasətin nəticələrini əks etdirən Azərbaycanın iqtisadi regionlarının illik investisiya reytinqini hazırlayıb. Bu barədə Caspian European Club-un sədrinin birinci müavini Telman Əliyev məlumat verib. Onun sözlərinə görə, Azərbaycan regionlarının investisiya reytinqinin lideri ən yüksək ümumi bal toplamış Naxçıvan Muxtar Respublikası olub. Sözügedən reytinq Caspian Energy jurnalının yekun nömrəsində dərc olunacaq.

"Reytinqin əsas rəqəmləri göstərir ki, ölkənin regionlarının 2017-ci ilin üç rübü ərzindəki iqtisadi inkişaf nəticələrinin ötən illə müqayisədə əsas fərqləndirici cəhəti regionların qeyri-bərabər sosial-iqtisadi inkişafıdır”, - deyə Telman Əliyev bildirib.

O vurğulayıb ki, Azərbaycan Respublikasında akkreditə olunmuş xarici dövlətlərin səfirləri Caspian Energy jurnalına müsahibələri zamanı Naxçıvan Muxtar Respublikasının iqtisadi inkişafını xüsusilə qeyd edib, Naxçıvan rəhbərliyinin alternativ və bərpa olunan enerji mənbələrinə, həmçinin innovasiya texnologiyalarının tətbiqinə və turizmin inkişafına göstərdiyi diqqətə valeh olduqlarını bildiriblər.

Naxçıvanda istehsal olunan məhsulların müxtəlifliyi və yüksək keyfiyyəti, həmçinin Muxtar Respublikanın hakim dairələrinin yerli iqtisadiyyatın inkişafı və regional məhsul çeşidlərinin diversifikasiyası üçün göstərdikləri səylər səfirlərdə yüksək təəssürat oyadıb. Onlar sənaye məhsullarının çeşidlərinin davamlı artırılması prosesinin Azərbaycanın digər regionlarında da getdiyindən əminliklərini ifadə ediblər.

"Bu reytinqi biz bir neçə il ərzində Caspian European Club-un Sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev üçün hazırlamışıq. Ötən ildən etibarən investisiya reytinqini Caspian Energy jurnalının yekun nömrəsində dərc edirik”, - deyə Telman Əliyev əlavə edib.

Ermənistan tərəfindən tamamilə işğal olunmuş rayonlar üzrə statistikanın göstərilməsi qeyri-mümkün olduğundan onlarla müqayisə aparılmamışdır. İşğal faktı ayrıca təsvir olunmuşdur ki, bu da öz növbəsində həmin mühüm problemi bir daha jurnalın geniş beynəlxalq oxucu auditoriyasının diqqətinə çatdırmaq imkanı yaradır.

18 parametr üzrə sıralanan regionlar altı qrupa bölünüb: sosial-demoqrafik göstərici, sosial-iqtisadi vəziyyət, işgüzar mühit, infrastruktur, rifahlıq və kənd təsərrüfatı.

"Caspian Energy jurnalının bu nömrəsi dünyanın 70 ölkəsinin dövlət və hökumət başçılarına, həmçinin dövlət və transmilli şirkətlərin, beynəlxalq maliyyə institutlarının və aparıcı analitik mərkəzlərin, investisiya şirkətlərinin və reytinq agentliklərinin rəhbərlərinə təqdim olunacaq”, - deyə Telman Əliyev qeyd edib.

O əlavə edib ki, 2017-ci ilin investisiya reytinqi ilə yanaşı, jurnalda həmin regionlarda fəal şəkildə işləyən müəssisə rəhbərlərinin məqalələri və müsahibələri də dərc olunacaq.

"Bizim təşəbbüsümüzü dəstəkləyən və jurnalın səhifələrində fəaliyyət göstərdikləri iqtisadi regionların qarşısında öz müəssisələrinin reklamını, həmçinin fəaliyyətləri ilə bağlı məlumatların əks olunduğu məqalə və müsahibələri yerləşdirməyə razılıq verən bütün şirkətlərə minnətdarlığımızı bildiririk. Biz sözügedən nəşrimizin səhifələrində təqdim olunmaq istəyən yeni şirkətlərlə də əməkdaşlığa açığıq”, - deyə Telman Əliyev vurğulayıb.

O bildirib ki, jurnalın qeyd olunan nömrəsində çap olunmuş məqalə və müsahibələrin hər biri Azərbaycanın regionlarının inkişafına uzunmüddətli investisiyaların cəlbi üçün əlavə təkan verə, potensial partnyorların, həmçinin Azərbaycanda istehsal olunan məhsul və xidmət istehlakçılarının axtarışına kömək edə biləcək.

"Həmçinin xatırlatmaq istəyirəm ki, bu ilin əvvəlində Azərbaycanın bütün şəhər və rayonları üzrə geniş investisiya reytinqini http://caspianenergy.net/ru portalında ayrıca dərc edəcəyik”, - deyə o söyləyib. "Sözügedən buraxılışı əldə etmək istəyən hər kəs [email protected] ünvanı vasitəsilə Caspian Energy jurnalının redakisyasına müraciət etməlidir” – deyə Telman Əliyev əlavə edib.

Caspian Energy dünyanın 70 ölkəsində yayılır. 18 il ərzində jurnalda dünyanın müxtəlif dövlətlərinin prezident və baş nazirlərinin, həmçinin nüfuzlu beynəlxalq təşkilat və nəhəng transmilli şirkət rəhbərlərinin müsahibələri, aparıcı ekspertlərin analitik material və xülasələri çap olunur.

Müxtəlif qiymətləndirmələrə görə, Xəzər-Qara dəniz və Baltik regionunun aparıcı nəşrlərinin ilk beşliyinə daxil edilmiş "Caspian Energy” jurnalı Xəzər-Qara dəniz və Baltik regionlarının bir çox investorlarının fəaliyyətində əsas oriyentir rolunda çıxış edir.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
SOCAR enerji saxlama texnologiyalarının tətbiqini araşdırır
İqtisadiyyat 15:29
SOCAR enerji saxlama texnologiyalarının tətbiqini araşdırır
SOCAR 2027-ci ildə iki geotermal layihənin işlənməsinə başlayacaq
İqtisadiyyat 15:18
SOCAR 2027-ci ildə iki geotermal layihənin işlənməsinə başlayacaq
Azərbaycan TAP vasitəsilə İtaliyaya 51 milyard kubmetrdən çox qaz ixrac edib
İqtisadiyyat 14:43
Azərbaycan TAP vasitəsilə İtaliyaya 51 milyard kubmetrdən çox qaz ixrac edib
Fariz Əliyev: Azərbaycan Orta Dəhlizi yüksək əlavə dəyər yaradan iqtisadi dəhlizə çevirməyi hədəfləyir
İqtisadiyyat 13:41
Fariz Əliyev: Azərbaycan Orta Dəhlizi yüksək əlavə dəyər yaradan iqtisadi dəhlizə çevirməyi hədəfləyir
Azərbaycan Avropaya 2-3 QVt yaşıl enerji ixrac etməyi planlaşdırır
İqtisadiyyat 13:10
Azərbaycan Avropaya 2-3 QVt yaşıl enerji ixrac etməyi planlaşdırır
Kamal Abbasov: Azərbaycan İtaliya ilə yaşıl enerji layihələrini genişləndirmək niyyətindədir
İqtisadiyyat 13:00
Kamal Abbasov: Azərbaycan İtaliya ilə yaşıl enerji layihələrini genişləndirmək niyyətindədir
Matteo Zoppas: İtaliyanın Azərbaycana ixracı 440 milyon avroya çatıb
İqtisadiyyat 12:10
Matteo Zoppas: İtaliyanın Azərbaycana ixracı 440 milyon avroya çatıb
Mikayıl Cabbarov: Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi 9 milyard dolları ötüb
İqtisadiyyat 11:56
Mikayıl Cabbarov: Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi 9 milyard dolları ötüb
Antonio Tajani: İtaliyanın Azərbaycana ixracı yüksək keyfiyyətli məhsullarla genişləndirilə bilər
İqtisadiyyat 11:49
Antonio Tajani: İtaliyanın Azərbaycana ixracı yüksək keyfiyyətli məhsullarla genişləndirilə bilər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol