• $
  • €
  • ₽
  • ₺
  • £

“AtaBank” ASC hərbçimizin kredit borcunu bağışladı

“AtaBank” ASC hərbçimizin kredit borcunu bağışladı
28.12.2017 14:11
"AtaBank” ASC 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində Qarabağ uğrunda gedən döyüşlərdə yaralanmış hərbçimizin kredit borcunu bağışlayıb.

Paşazadə Vüsal Ədalət oğlu Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunması uğrunda, düşmən mövqelərinin məhv edilməsində, həmçinin Lələtəpənin işğaldan azad edilməsində N-saylı hərbi hissənin xüsusi təyinatlı dəstəsinin kəşfiyyatçısı olaraq iştirak etmiş və bu zaman ağır yaralanaraq kontuziya almışdır.

Hərbçimiz "AtaBank”-ın Mərkəz filialına dəvət edilib və İdarə Heyəti Sədrinin müavinləri Etibar Babaşlı və Səbuhi Əliyevlə görüşüb. Görüş zamanı "AtaBank” ASC-nin İdarə Heyəti Sədrinin birinci müavini Etibar Babaşlı bildirmişdir ki: "Hərbçilərimiz vətənimizin bütövlüyü, bizim və övladlarımızın firavanlığı uğrunda düşmən qarşısında sipər olurlar, müstəqilliyimizi qorumaq üçün canlarından keçirlər. Hər bir şirkət vətən və cəmiyyət qarşısında daşıdığı məsuliyyəti unutmamalıdır. Fərd olaraq da hər birimiz torpağa, vətənə, vətənpərvərlik ruhuna sadiq qalmalıyıq. Əsgərlərimiz vətən uğrunda canlarını verir, bizim də AtaBank ASC olaraq əlimizdən gələn onlara dəstək olmaq, birlik və bərabərlik nümayiş etdirməkdir. Bu hər bir Azərbaycan övladının müqəddəs borcudur.”

Xatırladaq ki, "AtaBank” ASC bundan öncədə Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü ilə əlaqədar olaraq Qarabağ uğrunda gedən döyüşlərdə yaralanmış hərbçimizin kredit borcunu bağışlayıb.

"AtaBank” ASC 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə Azərbaycan xalqını təbrik edir.

1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC 100% yerli kapitallı, qabaqcıl texnologiyalı universal Azərbaycan bankıdır. Bank Bakıda və ölkənin müxtəlif regionlarında 31 filial və şöbəsi vasitəsilə korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol