• $
  • €
  • ₽
  • ₺
  • £

İşsizliklə bağlı ciddi dəyişikliklər

İşsizliklə bağlı ciddi dəyişikliklər
12.01.2018 09:35
Baş nazir Artur Rasizadə "Azərbaycan Respublikası vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” qərarda dəyişiklik edib. 

"Qafqazinfo” xəbər verir ki, həmin dəyişikliklər işsizliklə bağlı məsələləri əhatə edir. Dəyişikliklər bundan ibarətdir:

1.1. həmin qərarla təsdiq edilmiş 2 nömrəli əlavə - "Büdcə xərclərinin funksional təsnifatı”na Əlavənin 6.2.1-ci paraqrafı aşağıdakı redaksiyada verilsin: 
"6.2.1. "İşsizlik” paraqrafına mövcud qanunvericiliyə uyğun olaraq işsizlikdən sığorta ödənişləri, işaxtaran və işsiz kimi qeydiyyata alınmış şəxslər üçün nəzərdə tutulan işsizlikdən sığorta fondu hesabına maliyyələşdirilən aktiv məşğulluq tədbirləri daxildir.”; 

1.2. həmin qərarla təsdiq edilmiş 3 nömrəli əlavə - "Büdcə xərclərinin iqtisadi təsnifatı” üzrə: 

1.2.1. "212300. İcbari tibbi sığorta” paraqrafından sonra "212400. İşsizlikdən sığorta” paraqrafı əlavə edilsin; 

1.2.2. "272180. İşsizliyə görə verilən müavinətlər” paraqrafı "İşsizlikdən sığorta ödənişləri” adlandırılsın; 

1.2.3. "272190. İşsizlərin hazırlığı və ixtisasın artırılması ilə bağlı transfertlər” paraqrafı "İşaxtaran və işsiz kimi qeydiyyata alınmış şəxslər üçün nəzərdə tutulan aktiv məşğulluq tədbirləri” adlandırılsın. 

1.2.4. Büdcə xərclərinin iqtisadi təsnifatına Əlavə üzrə: 

1.2.4.1. "212000. Əmək haqqına üstəlik” köməkçi bölməsində "və "212300. İcbari tibbi sığorta” sözləri ", 212300. İcbari tibbi sığorta” və "212400. İşsizlikdən sığorta” sözləri ilə əvəz edilsin; 

1.2.4.2. aşağıdakı məzmunda yeni paraqraf əlavə edilsin: 

"212400. "İşsizlikdən sığorta” paraqrafına işsizlikdən sığorta ilə bağlı xərclər daxildir.”; 

1.2.4.3. "270000. "Təqaüdlər və sosial müavinətlər” bölməsinin birinci cümləsindən "işsizlərə,” sözü çıxarılsın və ikinci cümləsində "işsiz vətəndaşlara müavinətlərin” sözləri "işsizlikdən sığorta ödənişlərinin” sözləri ilə əvəz edilsin.”; 

1.2.4.4. "272100. Sosial yardımlar üzrə ödənişlər” paraqrafında "işsizliyə görə ödənilən müavinətlər, həmçinin işsizlərin hazırlığı ilə bağlı transfertlərlə” sözləri "işsizlikdən sığorta ödənişləri, həmçinin işaxtaran və işsiz kimi qeydiyyata alınmış şəxslər üçün nəzərdə tutulan aktiv məşğulluq tədbirləri ilə” sözləri ilə əvəz edilsin; 

1.2.4.5. "272180. İşsizliyə görə verilən müavinətlər” paraqrafı aşağıdakı redaksiyada verilsin: 

"272180. İşsizlikdən sığorta ödənişləri” maddəsinə işsizlərə ödənilən işsizlikdən sığorta ödənişləri ilə bağlı xərclər daxildir”. 

1.2.4.6. "272190. İşsizlərin hazırlığı və ixtisasın artırılması ilə bağlı transfertlər” paraqrafı aşağıdakı redaksiyada verilsin: "272190.
 
"İşaxtaran və işsiz kimi qeydiyyata alınmış şəxslər üçün nəzərdə tutulan aktiv məşğulluq tədbirləri” maddəsinə işaxtaran və işsiz kimi qeydiyyata alınmış şəxslər üçün nəzərdə tutulan aktiv məşğulluq tədbirləri üzrə xərclər daxildir.”. 

Qeyd edək ki, dəyişikliklər bu il yanvarın 1-dən artıq qüvvəyə minib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol