Ötən il AİF 15 mln. manat mənfəət əldə edib

2017-ci il "İpoteka və Kredit Zəmanət Fondu” ASC üçün uğurlu maliyyə nəticələri ili kimi də xarakterik olub.
Fonddan "APA-Economics”ə verilən xəbərə görə, ötən ilin sonuna 2016-cı illə müqayisədə Cəmiyyətin aktivləri (692,1 mln. manat) 1,4 dəfə artaraq 958,2 mln. manat, illik bölüşdürülməmiş mənfəəti isə (7,1 mln. manat) 2,1 dəfə artaraq 15 mln. manat təşkil edib.
2018-ci ildə İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətə başlaması, ipoteka kreditləri ilə yanaşı ölkədə sahibkarlığa verilən kreditlərə zəmanətlərin və subsidiyaların verilməsi təmin ediləcək. Yeni mexanizmin tətbiqi potensial daxili maliyyə imkanlarının bazar şərtləri ilə iqtisadi artıma yönləndirilməsinə, qeyri-neft sektorunun, sahibkarlığın dəstəklənməsinə, bank sisteminin risklərinin azaldılmasına, maliyyə vəsaitlərinin dəyərinin aşağı salınmasına xidmət göstərəcək.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 13:41
Fariz Əliyev: Azərbaycan Orta Dəhlizi yüksək əlavə dəyər yaradan iqtisadi dəhlizə çevirməyi hədəfləyir

İqtisadiyyat 13:00
Kamal Abbasov: Azərbaycan İtaliya ilə yaşıl enerji layihələrini genişləndirmək niyyətindədir

İqtisadiyyat 11:56
Mikayıl Cabbarov: Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi 9 milyard dolları ötüb

İqtisadiyyat 11:49
Antonio Tajani: İtaliyanın Azərbaycana ixracı yüksək keyfiyyətli məhsullarla genişləndirilə bilər
Son xəbərlər 
Daha çox 



















