• $
  • €
  • ₽
  • ₺
  • £

Nazirlik vergi ödəyicilərinə güzəşt etdi

Nazirlik vergi ödəyicilərinə güzəşt etdi
15.01.2018 21:21
Sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən 2017-ci ilin 4-cü rübünə görə Sadələşdirilmiş verginin bəyannaməsi 2018-ci ilin yanvar ayının 22-dən (yanvarın 20-si və 21-i qeyri-iş günü olduğuna görə) gec olmayaraq vergi orqanına təqdim edilməli və rüb üzrə hesablanmış vergilər həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödənilməlidir.

Bu barədə AzVision.az-a Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən məlumat verilib. Məlumata görə, bəyannamə internet vasitəsi ilə elektron formada və ya kağız daşıyıcıda tərtib olunaraq poçt vasitəsi ilə vergi orqanına göndərilə bilər. Vaxt, tərtib edilmə və resurslara qənaət baxımından bəyannamənin internet vergi idarəsinə (www.e-taxes.gov.az) daxil olub, onlayn tərtib edilməklə göndərilməsi daha əlverişlidir. Bunun üçün isə gücləndirilmiş elektron imza, o cümlədən Asan İmza və ya vergi orqanından əldə edilmiş istifadəçi kodu, parol və şifrə tələb olunur. Hazırda vergi ödəyicilərinin mütləq əksəriyyəti elektron sənəd mübadiləsinə qoşulmuşdur.

Bəyannamənin internet vasitəsi ilə göndərilməsi üçün ilk növbədə Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi portalında (www.e-taxes.gov.az) "GİRİŞ” düyməsi və "Sistemə giriş səhifəsi”nin "E-bəyannamə, ƏDV-DH və ŞHV” alt bölməsi seçilir. Sonra istifadəçi kodu, parol və şifrə və ya gücləndirilmiş elektron imza (ASAN İmza) məlumatları müvafiq xanalara daxil edilir, açılan pəncərənin "E-bəyannamə” blokundakı "On-line sadələşdirilmiş bəyannamə” alt menyusunda bəyannamə onlayn qaydada tərtib edilir. Daxil edilmiş məlumatlar yoxlanılaraq təsdiq edilməklə bəyannamə vergi orqanına göndərilir. Həmin bölmədə bəyannamənin göndərilməsi barədə "Bildiirş”ə baxmaq və ya çap etmək mümkündür.

2017-ci ilin 4-cü rübü üzrə Sadələşdirilmiş verginin bəyannaməsi 1 nömrəli Əlavə ilə birlikdə, sahibkarlıq fəaliyyəti məqsədləri üçün istidadə edilən 1-dən artıq təsərrüfat subyekti (obyekti) olduqda 3 nömrəli Əlavə ilə birlikdə tərtib edilərək vergi orqanına göndərilir.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol