• $
  • €
  • ₽
  • ₺
  • £

Bu il hansı banklar bağlanacaq?

Bu il hansı banklar bağlanacaq?
17.01.2018 21:47
"Biz hökumətə bankların fəaliyyətinin dayandırılmasının əksinə onların konsolidasiyasına nail olmaq üçün addımlar atmağı təklif vermişik. Belə olan halda iri banklar üçün problem yaranmaz".

Bu sözləri Sonxeber.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov Azərbaycanda daha bir neçə bank bağlanacağı və birləşdiriləcəyi ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Azərbaycanda bəzi banklarla əlaqədar müəyyən işlər görülür. Həmin bankların rəhbərlərinə öz kapitallaşmasını həll etmələri üçün müəyyən təlimatlar verilir ki, sonradan hər-hansı problem yaranmasın. Hazırda Azərbaycanda cəmi 30 bank fəaliyyət göstərir. Əvvəllər isə bu rəqəm 43 idi. Onların müəyyən hissəsifəaliyyətini dayandırdı, bəziləri isə birləşdirildi. Həmin bankların kapitallaşması təmin edilməlidir. Maliyyə Bazarlarına Nəzarət Palatası banklara öz aralarında danışmağı və birləşmə prosesini həyata keçirməyi təklif edir. Bununla yerli banklar yaradıla və onların kapitallaşması həyat keçirilə bilər və problemli kreditləri aradan qaldırılar. Lakin, hansı bankların bağlanacağını demək çətindir. Çünki, hökumət onların birləşdirilməsinə nail olmağa çalışır. Hazırda bu məsələnin üzərində müzakirələr aparılır.

Millət vəkili əlavə edib ki, əhalinin banklara yerləşdirdiyi əmanətləri qanunvericiliyə uyğun formada qorunur. Əvvəllər 30 min manata qədər əmanət mühafizə olunurdusa hazırda qoyulmuş məbləğin hamısı qorunur. Amma istənilən bank bağlanarkən əhali üçün problem yaranır. Onların vəsaitlərini qaytarılması prosesi zamanı narazılıqlar ortaya çıxır. Bizə bu istiqamətdə şikayətlər daxil olur. Ləğvetmə komissiyasına yaxud Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət edərək problemin həll olunmasına çalışırıq. Buna görə də bankların bağlanmasının əleyhinəyik.

V.Əhmədov Azərbaycanda bank sistemi sahəsində problemlərin kifayət qədər çox olduğunu da vurğulayıb:

"Hazırda bank sisteminin sağlamlaşdırılması ən önəmli məsələlərdən biridir. 2018-ci ildə buna nail olmaq üçün bu sahədə olan problemlərin - kapital adekvatlığı, likvidliyi, kredit problemləri ilə bağlı qüsurlar öz həllini tapmalıdır. Bu istiqamətdə Azərbaycan hökuməti öz üzərinə düşən missiyanı yerinə yetirir. Əhali, sahibkar daha çox bankla işləməlidir. Bankdan lazım olanda faizlə kredit götürməlidir. Biz buna nail olmadığımız üçün bu ciddi məsələ olaraq qalır". - deyə, millət vəkili bildirib.

Qeyd edək ki, "Moody's" beynəlxalq reytinq agentliyi Azərbaycanda bank sektorunun konsolidasiyası 2018-ci ildə də davam edəcəyini açıqlayıb.
Agentliyin mütəxəssisləri qeyd edir ki, problemli banklarla bağlı əsas məsələ kapital çatışmazlığıdır. Manatın devalvasiyasından sonra problemli bankların aktivlərinin keyfiyyəti pisləşib. Hal-hazırda bağlanmaq təhlükəsi ilə üzləşən banklar səhmdarlar və daha güclü bazar iştirakçıları tərəfindən kapital inyeksiyası həyata keçirilməsinə baxmayaraq minimum kapital adekvatlığı əmsalına cavab verməyən banklardır. Buna görə də sektorun zəif oyunçuları 2018-ci ildə bazarı tərk edəcək.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol