• $
  • €
  • ₽
  • ₺
  • £

SOCAR 2017-ci ildə büdcə ödənişlərini 8,3% artırıb

SOCAR 2017-ci ildə büdcə ödənişlərini 8,3% artırıb
19.01.2018 15:51
SOCAR 2017-ci il ərzində dövlət büdcəsinə 1 milyard 511 milyon 33 min manat vəsait ödəmişdir. Şirkətin büdcə ödənişləri əvvəlki ilə nisbətən 115 milyon 577 min manat, yəni 8,3% artmışdır.Bundan əlavə, SOCAR 2017-ci ildə Dövlət Sosial Müdafiə Fonduna 155 milyon 984 min manat vəsait ödəmişdir ki, bu da 2016-cı ilin analoji dövrü ilə müqayisədə 8% artım təşkil etmişdir. 

SOCAR-ın dövlət büdcəsinə ödənişlərinin artırılması şirkətin sabit maliyyə durumunun göstəricilərindəndir. Şirkətin iqtisadi məsələr üzrə vitse-prezidenti Süleyman Qasımov demişdir: "SOCAR Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi strateji istiqamət üzrə irəliləyərək, son illərdə əməliyyat portfelini genişləndirməyə və şaxələndirməyə davam etmişdir. Həyata keçirdiyimiz beynəlxalq layihələr, illər əvvəl ölkə daxilində və xaricdə qoyduğumuz sərmayələr şirkətin hazırkı maliyyə nəticələrinə müsbət təsir göstərmiş, dövlət büdcəsinə ödənişlərin davamlı və artan xətt üzrə təmin olunması üçün əlverişli zəmin yaratmışdır.” 

Qeyd edək ki, bir neçə il əvvəl müəyyən edilmiş strateji inkişaf strategiyasının əsasında SOCAR neft-kimya və neft-qaz emalı sənayesində fəaliyyətlərini genişləndirərək, öz gəlir mənbələrinin balanslaşdırılması istiqamətində mühüm addımlar atmışdır. Son illərdə xam neftin qiymətinin kəskin düşməsi fonunda, neft-kimya məhsullarının daha az dəyişkənliyə məruz qalması şirkətin gəlirlərinə müsbət təsir göstərmişdir. Nəticədə SOCAR, dünya enerji sənayesində baş vermiş böhranın təsirlərinə tab gətirərək, 2016 və 2017-ci illəri mənfəətlə başa vurmağa nail olmuşdur.                               
www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol