• $
  • €
  • ₽
  • ₺
  • £

Unibank öz korporativ saytını yenilədi

Unibank öz korporativ saytını yenilədi
25.01.2018 19:21
Unibank yenilənmiş korporativ saytını (www.unibank.az) istifadəyə verib. 

Anews.az xəbər verir ki, yenilənmiş sayt müasir və cəlbedici dizayna malik olmaqla, istifadəsi rahat, müştəriyönümlüdür. Sayt  "Kartlar”, "Kreditlər ", "Əmanətlər”,  "Köçürmələr”,  "Rəqəmsal bankçılıq” və "Əlavə xidmətlər” kimi əsas bölmələrə ayrılmaqla,  müştərilər üçün bank məhsul və xidmətlərini asan və sadə formada təqdim edir.

Saytdan bank haqqında lazımı məlumatları, təşkilati strukturu, rəhbərlik, missiyası, maliyyə göstəriciləri, məhsulları və onların şərtləri, kampaniyalar, xəbərləri rahatlıqla tapmaq mümkündür. Yenilənmiş sayt dünya və korporativ standartlara cavab verməklə, müştərilərə bankın məhsul və xidmətləri haqda müfəssəl məlumatlar təqdim edir.

Yeni saytın üstünlüklərindən biri də istifadəçiyə axtardığı məlumatları qısa müddətdə tapmaq,  seçim etmək imkanı verməsidir. Kredit və depozit bölümlərində yerləşdirilən kalkulyatorlar, müştəriyə əldə edəcəyi faiz gəlirləri və bank tərəfindən ayrıla biləcək kreditin məbləğini əvvəlcədən müəyyənləşdirmək və seçim imkanı yaradır. Gündəlik yenilənən valyuta məzənnələri və konvertordan istifadə bölümü daha da genişləndirilib.
Unibank-ın "Digital Marketinq” şöbəsinin müdiri Elmar Səfiyev bildirib ki, yenilənmiş sayt müasir təhlükəsizlik standartlarına cavab verir: "Son dərəcə funksional və sürətlidir. Dizayn forması veb və mobil versiyalar üçün adaptasiya olduğundan bütün ekran ölçülü telefon, planşet və kompüterlərə uyğun gəlir. Bir sözlə, yeni sayt müştərilərin gözləntiləri və tələbləri düşünülərək hazırlanıb”.

Sayt fərdi və biznes bölümlərinə ayrılmaqla, həm fiziki şəxslərə, həm də korporativ müştərilərə məlumatları sadə və aydın şəkildə, brendin rənglərinə uyğun görüntülərlə çatdırır. 

Yenilənmiş saytın "Rəqəmsal bankçılıq”  bölümü xüsusilə diqqət çəkir.  Unibank-ın mobil bank əlavələri, onlayn xidmətləri haqda məlumatlar və istifadə qaydaları anlayışlı dildə sayt istifadəçilərinə çatdırılır.  

Yeni saytın əsas üstünlüklərindən biri  mükəmməl mobil versiyasının olmasıdır. Hər kəs öz mobil telefonundan rahat interfeysə malik unibank.az saytına daxil olaraq, lazımı məlumatları ala biləcək.  

Müştərilər saytın "Onlayn məsləhətçi” bölümünə daxil olmaqla, bankın xidmət və məhsulları ilə bağlı suallara operativ cavab ala bilərlər. 

Sayt istifadəçiləri bankın məhsul və xidmətləri haqqında məlumatlarla 3 dildə- Azərbaycan, rus və ingilis dillərində tanış ola bilərlər. 

Unibank- hər kəsin bankı!

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti 113 dollara ticarət olunur
İqtisadiyyat 09:18
Azərbaycan nefti 113 dollara ticarət olunur
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:12
Bu günün valyuta məzənnələri açıqlanıb
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol