• $
  • €
  • ₽
  • ₺
  • £

Avropa İttifaqının nümayədəsi Gəmiçilikdə olub

Avropa İttifaqının nümayədəsi Gəmiçilikdə olub
26.01.2018 18:00
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri səfir Kestutis Yankauskas "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də olub.

Gəmiçilikdən AzVision.az-a verilən məlumata görə, səfir bu günlərdə Avropa Komissiyasının Nəqliyyat və Mobillik üzrə baş direktorunun ölkəmizə səfərinin baş tutacağı haqqında Gəmiçiliyin rəhbərliyinə məlumat verib. Doplomat təmsil etdiyi təşkilatın Azərbaycanla bütün sahələrdə, o cümlədən nəqliyyat sahəsində də əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu qeyd edib. Bu gün Azərbaycanın bölgədə mühüm nəqliyyat qovşağına çevrildiyini bildirən qonaq eyni zamanda Gəmiçiliyin bu qovşaqdakı fəaliyyəti ilə maraqlanıb.

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev şirkətin dünəni və bu günü haqqında qonaqlara məlumat verib. O, bildirib ki, Gəmiçilik qarşısında qısa, orta və uzunmüddətli hədəflər qoyub və inamla bu hədəfləri reallaşdırmağa çalışır. Avropalı qonaqların diqqətinə çatdırılıb ki, neft və nəqliyyat donanmaları olan Gəmiçiliyin hazırda Xəzərdənkənar sularda Azərbaycan bayrağı altında 13 gəmisi üzür. Şirkətin şəffaf fəaliyyətinin də əsas prioritet olduğunu deyən sədr beynəlxalq audit şirkəti olan "Ernst & Young”-ın illik maliyyə hesabatlarının internet səhifəsində hər kəs üçün açıq olduğunu bildirib. Rauf Vəliyev Gəmiçiliyin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrunda oynadığı roldan, onun tranzit imkanlarından da danışıb. 

Sonda "AXDG” QSC-nin sədr müavini Fərhad Quliyev Gəmiçiliyin fəaliyyətini əks etdirən təqdimatla çıxış edib. 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol