• $
  • €
  • ₽
  • ₺
  • £

Direktor Heydər Əsədovun adından 500 quzunu satışa çıxardı

Direktor Heydər Əsədovun adından 500 quzunu satışa çıxardı
28.01.2018 21:55
Beyləqan Kənd Təsərrüfat İstehsalat Müəsissəsin direktoru Çərkəz Şirinov Kənd Təsərrüfat naziri Heydər Əsədovun adından 500 qoyunu bazara çıxarıb satmaq istəyib.  Direktor Heydər Əsədovun adından 500 quzunu satışa çıxardı - Nazirlik bir-birinə dəydi
 
Beyləqandan AzFakt.com-a ilginc məlumat daxil olub. Məlumata görə rayonda fəaliyyət göstərən Kənd Təsərrüfat İstehsalat Müəsissəsinin direktoru Çərkəz Şirinov 1 ay öncə dövlətin 500 əmlik quzusunu bazara çıxarıb satmaq niyyətinə düşüb.
 
Belə ki, 2017-ci ildə damazlıq fermalarda əkiz quzuların çox olması Kənd Təsərrüfat İstehsalat Müəsissəsində əlavə 500 quzu qazandırıb. 500 quzunu müəsissənin mühasibatlıq sənədlərinə qeyd etməyən direktor Çərkəz Şirinov ilin sonunda onları bazara çıxarıb satmaq fikrinə düşüb.
 
Hadisə şahidlərinin AzFakt.com-a dediyinə görə direktor Çərkəz Şirinov damazlıq ferma müdirlərinə 500 əmlik quzunu Kənd Təsərrüfatı Naziri Heydər Əsədovun istədiyini bildib və quzuları fermadan çıxarıb. Lakin ferma müdirləri direktorun qoyunları özü üçün istədiyini başa düşərək, nazirliyə xəbər veriblər. Direktorun 500 əmlik quzunu satmaq istəməsi xəbəri Heydər Əsədova qədər gedib çıxıb və nazir həmin quzuların qeydiyyata alınmasını tələb edib. Çərkəz Şirinovun hansı cəza alması ilə bağlı isə bildirilir ki, nazir müəssisəyə yoxlama göndərib. Yoxlamanın nəticəsinə görə Beyləqan Kənd Təsərrüfat  İstehsalat  Müəsissəsində külli miqdarda dövlət əmlakının mənimsənilməsinin ortaya çıxarılması istisna olunmur.
 
Qeyd edək ki, Beyləqan Kənd Təsərrüfat İstehsalat Müəsissəsinin direktoru Çərkəz Şirinov Kənd Təsərrüfatı Nazirliyinin Dövlət müəssisələrinin idarəedilməsi şöbəsinin müdiri Tofiq Qocayevin ən yaxın adamıdır.
www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol