• $
  • €
  • ₽
  • ₺
  • £

Bu məhsullar üçün gömrük rüsumu sıfıra endirilib

Bu məhsullar üçün gömrük rüsumu sıfıra endirilib
30.01.2018 09:28
"Yeni gömrük-tarif sisteminin hazırlanması zamanı istehsalda istifadə olunan, istehsalı olmayan xammal və materiallar üzrə gömrük idxal rüsumlarının dərəcələri "0” faizə, kifayət qədər istehsalı olmayan mallar üzrə gömrük idxal rüsum dərəcələri isə 15 və 10 faizdən 5 faizə endirilib”, bunu Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Trend-ə müsahibəsində deyib. O, bildirib ki,  ölkədə istehsal potensialı olan məhsullara maksimum gömrük idxal rüsumları müəyyənləşdirilib, bir sıra həssas məhsullar üzrə isə gömrük rüsum dərəcələri spesifik rüsumlar formasında saxlanılıb: "Kənd təsərrüfatı, ağır sənaye və maşınqayırma sektorlarında vertikal inteqrasiya yanaşmasının tətbiqi gəlirlərin artırılmasından idxaldan asılılığın azaldılmasına qədər bir çox iqtisadi faydalarla nəticələnəcək. Həm yerli tələbatın ödənilməsi, həm də regional baxımdan potensialı olan mal və materialların istehsalı artırılacaq.

Bununla yanaşı, qeyd edim ki, Azərbaycanda daxili bazarın qorunması, yeni istehsal sahələrinin yaradılması və genişləndirilməsi, eyni zamanda, qeyri-neft sektorunun inkişafı nəzərə alınmaqla, ixracyönümlü malların istehsalının və ixrac potensialının artırılması məqsədilə zərurət yarandıqca gömrük-tarif tənzimləmə prosesinin təkmilləşdirilməsi davam etdiriləcək”.

A. Əliyev sərhəd keçid məntəqələrindəki problemə də toxunub: "Azərbaycan və Gürcüstan arasında Sadıxlı-Mtkvari dövlət sərhədinin buraxılış məntəqəsinin yaxınlığında yeni buraxılış məntəqəsinin tikilməsi Gürcüstanla razılaşdırılıb. Eyni zamanda, inşa edilməsi nəzərdə tutulan gömrük-sərhəd buraxılış məntəqəsinin dəqiq koordinatlarının Gürcüstanla razılaşdırılması üçün müraciət edilib.

Azərbaycan Respublikası ərazisindən Rusiya Federasiyası ərazisinə pomidor məhsullarının ixracında yaranan məsələlərin müzakirəsi məqsədilə ötən ilin 5 may tarixində ÜGT-nin Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində pomidor istehsalçıları və ixracatçıları ilə Dövlət Gömrük Komitəsinin, İqtisadiyyat Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Dövlət Statistika Komitəsinin səlahiyyətli nümayəndələrinin iştirakı ilə görüş keçirilib.
Bununla yanaşı, dövlət sərhədinin buraxılış məntəqələrindən keçidin sürətləndirilməsi və qarşılıqlı fəaliyyət əsasında əlaqələndirmə işlərinin daha da təkmilləşdirilməsi üçün "Dövlət sərhədinin buraxılış məntəqələrindən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sürətli keçidi ilə bağlı hərəkət zolaqlarının müəyyən edilməsi və hərəkət axınının idarə edilməsi üzrə Texnoloji Sxem” hazırlanıb, Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidmətilə razılaşdırılaraq müvafiq qaydada xidməti istifadəyə yönləndirilib.

Azərbaycanın İran İslam Respublikası ilə dövlət sərhədinin buraxılış məntəqələrində iş saatları artırılıb və keçid məntəqələrinin iş rejiminin 24 saata qədər artırılması ilə bağlı aidiyyəti işlər həyata keçirilir”.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol